Məhkəmə qərarları › İş №8(060)-398/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-398/2025

24.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-398/2025 24.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Tələbkar (ərizəçi) X3 nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6853/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiya edilməsi” barədə tələbkar (ərizəçi) X6 tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar (ərizəçi) X6 “alimentin indeksasiya edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6853/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh məhkəmə tərəfindən müəyyən edilmiş hər ay uşaq üçün 220 manat sabit pul məbləğində aliment miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqının 0,695 misli miqdarında indeksasiya olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-6853/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X4 verilməsi, iddianın verilməsinə görə 46,40 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmışdır. Hazırda bu məbləğ indiki reallıqda uşağın saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin aparılması üçün faktiki olaraq kifayət etmir. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6853/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunması zərurəti yaranmışdır. Nəzərə alınmalıdır ki, 2025-ci il tarixində Azərbaycan Respublikasında minimum əmək haqqının 400 manat olduğunu nəzərə alaraq və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 220 manat aliment məbləği əmək haqqının 0,695 mislini təşkil edir. Məhkəmə iclasında tələbkar (ərizəçi) X3 nümayəndəsi X2 ərizəni müdafiə edərək, alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İcra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə borclu və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-6853/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı “aliment ” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2019cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X4 verilməsi, həmçinin iddianın verilməsinə görə 46,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan borclu Cavabdeh etiraz ərizəsində qeyd edilmişdir ki, X3 tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, X6 onun əvvəlki həyat yoldaşı olmuş və birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. İmkan daxilində həmişə çalışmışdır ki, ailəsi maddi və mənəvi cəhətdən təmin etsin, daimi iş yeri olmadığından mövsüm xarakterli işlərdə çalışmışdır və aldığı bütün qazancını evə gətirmişdir. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Borclu həmişə çalışmışdır ki, sağlam ilə qurmuş, uşaqların tərbiyəsi və təhsili ilə məşğul olmuş və uşaqlar maddi cəhətdən başqalarından asılı olmasın. Borclu kənd yerində yaşayır, daimi iş yeri yoxdur. Məhkəmə tərəfindən təyin olunmuş alimenti ödəyə bilmir, ərizəçinin tələb etdiyi yüksək məbləğdə aliment məhkəmə tərəfindən təyin edilsə də, həmin pulu ödəmək iqtidarında deyildir. Ərizədə qeyd olunanlar həqiqətə uyğun deyil, real vəziyyətini əks etdirmir, pulu olmadığı səbəbindən alimenti vaxtında və tam ödəyə bilmir, gecikmələrə səbəb olur. Daimi iş yeri olmadığı səbəbindən valideynlərin köməyi ilə alimenti gücnən ödəyir. Bununla da, aydın olur ki, ərizəçinin tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirlərdir. İş materiallarında olan Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti Başçısının Mucuq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, 5-63-28/2-O-83-xx-xx/2025 saylı arayışın surətindən görünür ki, Cavabdeh hal-hazırda Qusar rayonunun Ukur kəndində qeydiyyatdadır və yaşayır. Vətəndaş hal-hazırda Mucuq kənd İƏD üzrə nümayəndəlikdə heç bir yerdə işləmir. Bu barədə Mucuq kənd İƏD üzrə nümayəndəliyinin 05 №-li təsərrüfat başına kitabın 372 saylı şəxsi hesabda müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin maddənin mənasına görə mülki-prosessual qanunvericilik məhkəmənin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnamə əsasında pul məbləğlərinin indeksasiyasının həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmiş və Ali Məhkəmə tərəfindən məhkəmələrə tövsiyyə edilmişdir ki: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2025-ci il tarixindən 400 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq edilir ki, X6 ilə Cavabdeh birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X8 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(060)-6853/2023 saylı qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2023-cü il tarixindən 345 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-6853/2023 saylı qətnaməsi ilə müəyyən edilən 220 manat məbləğində aliment, həmin il üçün müəyyən edilmiş minumum əmək haqqının 0,64 misli həddində olduğundan, ərizə təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar (ərizəçi) X3 Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6853/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiya edilməsi barədə ərizəsi təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X3 xeyrinə (2023cü il üçün müəyyən edilmiş minumum əmək haqqının məbləği 220:345=0,64) sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar