Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-4/2023 10.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Tələbkar (ərizəçi) X1, Tələbkar (ərizəçi) X1 nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4227/2021 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi üzrə ödənilməli pul məbləğinin indeksasiyası barədə tələbkar (ərizəçi) X1 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4227/2021 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Borclu MMC-dən hər ay 100 manat əmək haqqının 80%-i məbləğində müəyyən edilmiş ödəncin qanunla bugünkü qaydayla indeksləşdirilməsi, Borclu MMC-də hal-hazırda kəsici köməkçisinin aylıq əmək haqqı nəzərə alınmaqla ödəncin yenidən hesablanaraq cavabdehdən tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X1 nümayəndəsi-vəkil Nümayəndə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələbkar (ərizəçi) iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4227/2021 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi üzrə ödənilməli pul məbləğinin indeksasiyası barədə tələbkar (ərizəçi) X1 ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №8(060)-4/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-4/2023
10.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver