Məhkəmə qərarları › İş №8(060)-441/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-441/2023

07.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-441/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7362/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Günel Yusifovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sumqayıt Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48/49, mənzil 8 ünvanında yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-7362/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 338 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Borclu dəfələrlə xəbərdarlıq edilmiş, lakin borclu məhkəmə qərarının icrası ilə bağlı verilmiş çağırışlara gəlməmiş, borcu ödəməkdən yayınmış və səbəbi barədə məlumat verməmişdir. Ona görə də borclunun qərəzli hərəkəti nəticəsində icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar, borclu və Sumqayıt Şəhəri İcra İdarəsinin icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7362/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdeh Borclu 308 (üç yüz səkkiz) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş Borclu rəsmi qaydada xx.xx.2023-cü il tarixdə göndərilmişdir. İcra məmuru tərəfindən qəbul edilmiş qərarın məzmunundan görünür ki, xx.xx.1991ci ildə ünvan 1 ünvanında yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər İcra İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 18072/2023-39 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 7362/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini 10 gün müddətində icra etmək tələb olunmuşdur. Əks təqdirdə iştirakının təmin edilməsi məcburi gətirilmə tətbiq edilməklə təmin olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu ünvanlanmış çağırış vərəqəsindən görünür ki, çağırış vərəqəsini aldıqdan sonra növbəti iş günündə, saat 10:00-da borclu qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə şəxsiyyəti təsdiq edən sənədlə birlikdə gəlmək xahiş olunmuşdur. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil-Kommunal sahəsinin 231 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Borclu Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48/49, mənzil 8 ünvanında yaşayır. Beləliklə, müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə icra məmuru tərəfindən “SMS” bildiriş vasitəsilə dəvət olunmasına və barəsində icra məmurunun qərarı ilə icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar çıxarılmasına baxmayaraq, icra məmurunun çağrışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da icra məmurunun çağrışlarından yayınmışdır. Məhkəmə tərəfindən icra işi tələb olunmuş, lakin bu barədə bildiriş qəbul edilməsinə baxmayaraq, icra işi məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəziəfli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48/49, mənzil 8 ünvanında yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar