Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-466/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-7400/2021 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-7400/2021 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7400/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 1230 manat tutularaq tələbkar X2 ödənilməlidir. Borclu dəfələrlə idarəyə dəvət edilməsinə baxmayaraq, gəlməmiş və barəsində olan icra sənədi üzrə yaranmış 1230 manat borcu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq tərəfindən borcluya dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Borclu yaranmış borcunu tələbkarın xeyrinə ödəməyərək icra sənədinin icrasından yayınmışdır. İcra sənədinin icrası ilə əlaqədar olaraq tərəfindən Borclu icra sənədi üzrə tələbin təmin edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə çağırılsa da, o idarəyə gəlməkdən qəsdən yayınmış, icra sənədinin icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yaşayan xx.xx.1991-ci il təvəllüdlü Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-7400/2021 saylı icra sənədinə əsasən iddia tələbi təmin edilmiş, cavabdeh Borclu 1200 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı X1 xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Pərvanə Novruzova tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-7400/2021 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru Orxan Bağırov tərəfindən xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə təqdimatı araşdıraraq belə qənaətə gəlmişdir ki, Borclu icra sənədinin könüllü icra olunması, icraata başlamaq haqqında qərarların ona göndərilməsi barədə poçt reyestr məlumatının və göndərildiyi təqdirdə təqdim olunması barədə bildirişlərin onun tərəfindən almasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və həqiqətən də borclunun icradan üzrsüz yayınmasını göstərən sübutlar məhkəməyə təqdim edilmədiyindən təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-7400/2021 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-7400/2021 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilərlər. Sədrlik edən Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №8(060)-466/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-466/2023
14.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver