Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-468/2023 08.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-285/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(060)-2209/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədləri üzrə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, saylı, Müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus ********** qeydiyyat nömrəli mənzilin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədəqərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2209 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Borclu 975 manat, X4 487 manat, X6 141 manat, X3 300 manat, X5 130 manat, X2 277 manat, X1 425 manat məbləğində borc, ümumilikdə 2735 manat borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-285 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 699,29 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq "Azərişıq” ASC-nin xeyrinə ödənilməlidir. İcra zamanı tələbin təmin edilməsi üçün Borclu məxsus pul vəsaitləri və hər hansı qiymətli əşya icra məmuru tərəfindən aşkar olunmamışdır. Elektron portaldan əldə etdiyimiz məlumata əsasən Borclu məxsus ********** qeydiyyat nömrəli mənzilin olduğu məlum olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat rədd edilməlidir. İş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2209/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 975 manat, X4 487 manat, X6 141 manat, X3 300 manat, X5 130 manat, X2 277 manat, X1 425 manat məbləğində borc, ümumilikdə 2735 manat borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-285/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 699,29 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq "Azərişıq” ASC-nin xeyrinə ödənilməlidir. - Elektron icra sisteminə edilmiş sorğunun nəticəsindən görünür ki, cavabdeh Borclu məxsus ********** qeydiyyat nömrəli mənzil mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinentinin 05 iyun 2020-ci il tarixli 89 saylı qərarına əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Hazırki təqdimatı və materialları araşdırarkən, yuxarıda qeyd edilən mənzilin borclunun yeganə yaşayış yeri olub-olmamasını müəyyən etmək mümkün deyil. Bundan əlavə məhkəmə qeyd edir ki, təqdimatda irəli sürülmüş tələbin borc tələbinə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim borclunun əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud borcluya və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-285/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(060)-2209/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədləri üzrə Borclu məxsus ********** qeydiyyat nömrəli mənzilin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı rədd edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №8(060)-468/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-468/2023
08.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver