Məhkəmə qərarları › İş №8(060)-477/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-477/2023

21.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-477/2023 21.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3859/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3859/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 414 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3859/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3859/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 414 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə “icraata başlamaq haqqında” qərar qəbul olunaraq, surəti könüllü icra haqqında bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmiş, lakin tələb təmin olunmamışdır. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün onun əmlak və gəlirləri barədə Ədliyyə Nazirliyinin “Elektron İcra” İnformasiya sistemi vasitəsi ilə sorğular edilmiş, elektron sistemdən əldə olunmuş məlumata əsasən Borclu adına “Hyundai Sonata” markalı, **-HJ- *** dövlət qeydiyyat nişanlı avtomaşının qeydiyyatda olduğu müəyyən edilmiş və həmin avtomobilin axtarılması haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul olunaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və kompüter bazasında avtomobil üzərinə həbs qoyulmuşdur. Hazırki icraat materiallarına əsasən icra sənədi üzrə heç bir ödəniş olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq, “Hyundai Sonata” markalı, **-HJ-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə tələbkar "xxxx" MMC-nin nümayəndəsi Rauf Süleymanlı epoçt vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, borcu olmuşdur. Ödəniş etmiş və 324 manat borcu qalmışdır. Hər ay ödəniş etdikcə həmin şirkətin hüquqşünasının nömrəsi vardır. Ödənişi edib qəbzi həmin şəxsin telefon nömrəsinə göndərir. Maşın onun istifadəsində deyildir. Onun adına qeyd olunmuşdur. Maşın onun qohumuna məxsus olmuş, onun adına qeyd olunmuş, həmin şəxs isə onu satmışdır. Hüquqşünas ilə danışıq olmuş, o demişdir ki, hər ay ödəniş etsin. O isə hər ay ödəniş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev və tələbkar "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi təqdimatda qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə təqdimata icra məmurunun, tələbkarın iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3859/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 414 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3859/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3859/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmək üçün 10 gün müddət müəyyən edilmiş, həmin müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi və müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. 09 sentyabr 2022-ci il tarixli Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən qəbul edilmiş borclunun əmlakının axtarılması haqqında qərardan görünür ki, Borclu adına “Hyundai Sonata” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının axtarışının elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-302.6935-1222 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, Borclu məxsus “Hyundai Sonata” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına kompyuter bazasında həbs qoyulmuşdur. Elektron portaldan əldə edilən məlumatdan görünür ki, Borclu məxsus “Hyundai Sonata” minik markalı, **-HJ-*** qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələb olunan borc məbləğinin Borclu tutulması üçün təqdimata əlavə olunmuş materiallardan digər icra tədbirlərinin seçilibseçilməməsi, barəsində olan icra tədbirindən məlumatlı olması müəyyən edilmir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, görülmüş icra tədbirlərinin ardıcıllığı müəyyən edilməyərək öz təsdiqini tapmır. Həmçinin Borclu olduğu məbləğlə üzərinə həbs qoyulması əmlaka münasibətdə mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından mütənasiblik təşkil etmir. Yuxarıda qeyd olunan hallara istinad edən məhkəmə təqdimatın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizələri ilə istənilən hərəkətləri edə bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsində göstərilir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Yuxarıda göstərilənləri, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43- 45, 50-ci maddələrini və Azərbaycan Respublikası MPM-in 263-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3859/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-HJ-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar