Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-479/2025 24.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Borclu iştirakı ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatına Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli qərarla icraata başladığı Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-4196/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.1981-ci ildə anadan olmuş Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixində Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Hazırda 14300 manat aliment borcu yaranmışdır. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Borclu təqdimata etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi və işdə iştirak etmiş digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)- 4196/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, 25 sentyabr 2014-cü il təvəllüdlü X1 və 28 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər birinə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı X4 ödənilməli, alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarı və icra sənədinin surəti xx.xx.2020-ci il tarixdə Borclu göndərilmişdir. İş materiallarında olan Borclu xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, rəsmi boşanmaqlarına baxmayaraq bir yerdə yaşadıqlarına görə və 1,5 ay həbsxanada olduğuna görə borclu ödəniş etməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-555/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-4196/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-4196/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.1981-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərarın dərhal məhkəməyə təqdim edilməsi icra məmuruna həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №8(060)-479/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-479/2025
24.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver