Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-481/2023 05.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tagızadənin sədrliyi, Pəri Murtuza qızı Vəlixanovanın katibliyi ilə Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(060)-5346/2022 saylı icra sənədi üzrə borclu şəxs Borclu məcburi gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 təqdimatına baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(060)-5346/2022 saylı icra sənədi üzrə Borclu 1683,78 manat tutularaq tələbkar "xxxx" ASC-nə ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı Borclu dəfələrlə xəbərdarlıq edilmiş, lakin borclu məhkəmə qərarının icrası ilə bağlı verilmiş çağırışlara gəlməmiş, borcu ödəməkdən yayınmış və səbəbi barədə məlumat verməmişdir. Ona görə də, borclunun qərəzli hərəkəti nəticəsində icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru O.Bağırov tərəfindən “borcluya məcburi gətirilmə tətbirinin tətbiq edilməsi haqqında” 26 aprel 2023-ci il tarixli qərar qəbul edilmiş və qeyd olunan qərar İcra idarəsinin rəisi tərəfindən təsdiq olunmuşdur. Məhkəmədə Borclu təqdimatı əsassız hesab edərək bildirdi ki, hazırda ondan tələb olunan borc onun borcu deyil. Anasının borcu olub ki, həmin kredit borcunu da anası kürəkəni üçün götürmüşdür. O, anasının vəfatından sonra vərəsə kimi tanındığı üçün hazırda borc ondan tələb olunur. Bundan əlavə, onun yaşadığı ünvana heç bir məktub və bildiriş gəlmədiyi üçün icra məmurunun çağırışından məlumatsız olmuşdur. Bu səbəbdən təqdimatı əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. İcra sənədi üzrə təqdimat verən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin və tələbkar nümayəndəsi məhkəmə iclasının vaxtı yeri haqqında lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, Lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə borclunu dinləyib, təqdimatı və icra işini nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Məhkəmə, İcra məmurunun təqdimatını və icra işinin materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 təqdimatı təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(060)-5346/2022 saylı icra sənədi üzrə borclu-30 aprel 1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilsin. Qərardadın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №8(060)-481/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-481/2023
05.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver