Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-499/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-4839/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-4839/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh X1 11253 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan icra sənədi üzrə borclu X2 Borclu ilə xx.xx.1989-cu il tarixdən birgə nikah aktı qeydə alınmışdır. Elektron portaldan əldə edilən məlumata əsasən Borclu məxsus avtomobilin olduğu məlum olmuşdur. Sözügedən avtomobil X3 ilə birgə nikah zamanı alınmışdır. Hal-hazıradək icra sənədi üzrə borclu tərəfindən ödəniş aparılmadığından tələbin Borclu məxsus əmlaklara yönəldilməsinə zərurət vardır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru T.Rüstəmov təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-4839/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Kamaz 5511” markalı, 985077 mühərrik nömrəli, özüboşaldan yük maşının üzərinə həbs qoyulması, əmlakın açıq hərracda satılması və tələbin satışdan əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimata baxılması üzrə məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə borclulara, tələbkara və Sumqayıt şəhəri üzrə İcra idarəsinə məlumat verilsə də, borclu, tələbkar və icra idarəsi müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata gəlməyən icra sənədi üzrə borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq, icra işin nəzərdən keçirib və məhkəmə belə hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. İş materiallarında olan Borclu barəsində elektron məlumatdan görünür ki, onun adına “Kamaz 5511” markalı, 985077 mühərrik nömrəli, özüboşaldan yük maşını qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 43.1.3-cü maddəsinə görə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə «tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir». Həmin Qanunun 50.1-ci maddəsinə əsasən «icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur». Həmin Qanunun 50.2-ci maddəsinə görə «borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur». Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatı qismən təmin olunmalı, borclu E.Ə.Heydərovun mülkiyyətində olan “Mitsubishi Canter Xüsusi, Təy» minik markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqdimat qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-4839 saylı iş üzrə verilmiş xx.xx.2022ci il tarixli icra sənədinin icrası zamanı borclu X2 əri-Borclu mülkiyyətində olan “Kamaz 5511” markalı, 985077 mühərrik nömrəli, özüboşaldan yük maşınının üzərinə həbs qoyulsun. Qərardaddan, rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №8(060)-499/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-499/2023
07.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver