Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-503/2025 16.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Borclu Cavabdeh iştirakı ilə, X2 sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi:
1. X4 icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin İş Ne 2(060)-2738/2024, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 215 (iki yüz on beş) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin 2025-ci il yanvar aymın 1-dən müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinə münasibətdə hesablanaraq 246 (iki yüz qırx altı) manata artırılması və həmin məbləğin hər il sonrakı artımlar nəzərə alınmaqla (indeksasiya edilməklə) Cavabdeh tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Vəliyeva (keçmiş ər soyadı Əhmədova) Əzizə Əzizağa qızı Cavabdeh ilə 06 sentyabr 2013-cü ildə Azərbaycan Respublikası Sumqayıt Nikah Evində rəsmi nikah münasibətlərinə daxii olmaqla ailə qurmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 sentyabr 2013-cü il tarixdə 461 № ili nikah qeyd edilmişdir. Onların birgə nikah münasibətlərindən bir uşaqları - xx.xx.2015- ci il təvəllüdlü X7 anadan olmuşdur. Borclu ilə ailə münasibətləri pisləşdiyindən ona qarşı «nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair» iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəmsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)-2738/2024, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, tərəflər arasında olan nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X5 ananın yanında qalması və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başiayaraq hər ay 215 (iki yüz on beş) manat sabit pul məbləğində alimentin tutularaq X8 ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)-2738/2024, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və Sumqayıt Şəhər Məhkəməsinin İş № 2(060)-2738/2024, xx.xx.2024-cü il tarixli icra sənədi Maraqlı şəxsndə göndərilmiş və icra hərəkətlərinə başlanılmışdır. Həmçinin nikahın pozulması haqqında şəhadətnamə almış və şəxsiyyət vəsiqəsini dəyişərək «Vəliyeva» soyadını qəbul etmişdir. Borclu Cavabdeh hər ay müəyyən edilmiş edilmiş alimenti ödəsə də, uşağı ilə mütəmadi olaraq ünsiyyətdə olmasına, «Mətanət A» şirkətində işləməsinə və kifayət qədər dəyişən məbləğdə həm paket (əl maaşı), həm də kart maaşı almasına baxmayaraq uşağın əlavə zəruri xərclərində (maddi və mənəvi inkişafında), müalicə xərclərində könüllü olaraq iştirak etmir. Halbuki, uşaq böyümüşdür, tələbatları artmışdır. Uşaq Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəbdə rus sektorunda oxuyur. Yaşadıqları qəsəbədən Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəbə getdiyi üçün tək gündəlik nəqliyyata və uşağın digər zəruri ehtiyaclarına əlavə vəsait xərclənir. Bundan başqa uşaq qarmaritdən əziyyət çəkir. Mütəmadi olaraq müayinə və müalicə olunur. Dərman pereparatları qəbul edir. Tək uşağa dərman pereparatlarının alınmasına 70-80 manat civarında vəsait xərclənir. Xüsusi qeyd edir ki, uşaq 4-cü sinifdə təhsil alır, bilik və qabiliyyətinin artırılması üçün əlavə hazırlaşır. Bir sözlə müəyyən edilmiş aliment məbləği uşağın zəruri ehtiyaclarını ödəmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcburdur. Tərəflərin izahatı:
2. Məhkəmə iclasında iştirak edən borclu Cavabdeh öz izahatında ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
5. Məhkəmə ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
7. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). - 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. -8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.
8. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında " Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı: Minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.
9. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
İşə baxan məhkəmənin mövqeyi:
11. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə qismən təmin edilməlidir.
12. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2738/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı X11 ilə Cavabdeh arasında Azərbaycan Respublikası Sumqayıt nikah evində xx.xx.2013-cü il tarixində 461 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 215 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment bu qaydada indeksasiyası edilməlidir: 215 manat (qətnamə tutulan alimentin məbləği (1 uşaq üçün)) : 345 manat (2024-cü il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,62. Göründüyü kimi, 235 manat 345 manatın 0,62 mislinə bərabərdir. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinin 0,62 misli həddində indeksasiya edilməlidir.
14. Odur ki, uşağın saxlanılması üçün tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində indeksasiya olunmalıdır.
15. İş materiallarından görünür ki, tələbkar aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir.
16. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
17. Şərh olunanlara əsasən xx.xx.2025-ci il tarixindən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli miqdarında aliment Cavabdeh alınaraq, X9 ödənilməli,ərizənin aliment məbləğinin 246 manat (2025-ci il üçün uşaqlar üçün müəyyən edilmiş aliment məbləği) məbləğə uyğun hissədə indeksasiya edilməsi hissəsində təmin edilməməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci - maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
1. Ərizə qismən təmin edilsin.
2. xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh X6 xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində indeksasiya olunsun.
3. Qalan hissədə ərizə təmin edilməsin.
4. Alimentin indeksasiya olunmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın.
5. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim Aynur Behbudova