Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-506/2023 12.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7061/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə həmin idarənin icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7061/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7061/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 10200 manat əsas, 2015.73 manat faiz borcu olmaqla, cəmi 12215.73 manat borc və ödənilmiş 126.64 manat dövlət rüsumu Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmişdir. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPMnin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. İcra məmurunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, borclu barəsində məcburi gətirilmə qərarı tətbiq edmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına və barəsində icra məmurunun qərarı ilə icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar çıxarılmasına baxmayaraq, icra məmurunun çağırışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da icra məmurunun çağırışlarından yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara və AR MPM-nin 231 və 263-264-cü maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №8(060)-506/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-506/2023
12.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver