Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-513/2024 29.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6907/2022 saylı 19 dekabr 2022-ci il tarixli icra sənədi üzrə borclu X4 qətnaməni hissə-hissə ödənilməsi tələbinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qiyabi qətnaməsinə əsasən qalıq qalmış 12000 manat borcu hər ay 150 (yüz əlli) manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2022ci il tarixli qiyabi qətnaməsinə əsasən ondan cəmi 50240 manat pul tutularaq Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırki vaxtadək borcdan xeyli hissə ödənilmişdir. Hazırda 12000 manat borcu qalmışdır. Tək qadındır, himayəsində 15 yaşlı oğlu var, özü ankoloji xəstədir, ürək xəstəsidir, ürəyinə stend qoyulub, insult keçirən adamdır. Dəfələrlə xəstəxanada yatmışdır. İİ qrup əlildir. Maddi və sağlamlıq vəziyyəti olduqca pisdir. Əvvəllər xırda sahibkarlıqla məşğul olurdu. Səhhətində sonradan problemlər yarandığı üçün işləyə bilməmişdir. Hazırda heç bir yerdə işləmir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi, borclu və tələbkar məhkəmə iclasının vaxtı yeri haqqında lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə ərizəni nəzərdən keçirdib, sənədləri nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Forma 88-dən görünür ki, X6 ikinci dərəcəli əlildir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6907/2022 saylı, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək cavabdeh X3 50000 (əlli min) manat və dövlət rüsumu üçün ödənilmiş 240 (iki yüz qırx) manat 40 (qırx) qəpik, cəmi 50240 (əlli min iki yüz qırx) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, qanunvericilikdə qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. İş materiallarından göründüyü kimi borclu K.R.Əliyeva qətnamə icra ediləcəyi halda onun üçün çətinlik törədən və ya onu alverişsiz hallara salmasını təstiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: X1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6907/2022 saylı 19 dekabr 2022-ci il tarixli qətnaməsi üzrə borcundan hər ay 150 manat olmaqla hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №8(060)-513/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-513/2024
29.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver