Məhkəmə qərarları › İş №8(060)-515/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-515/2023

24.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-515/2023 24.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Hacıyev Anar Elman oğlunun, Borclu iştirakları ilə, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyevin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3161/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyev Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3161/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3161/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 5624,84 manat və 77 manat dövlət rüsumu pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Borclu dəfələrlə idarəyə dəvət edilməsinə baxmayaraq, gəlməmiş və barəsində olan icra sənədi üzrə yaranmış 5624,84 manat və dövlət rüsumu olaraq ödənilmiş 77 manat məbləğində borcu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq tərəfindən borcluya dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Borclu yaranmış borcunu tələbkarın xeyrinə ödəməyərək icra sənədinin icrasından yayınmışdır. İcra sənədinin icrası ilə əlaqədar olaraq tərəfindən Borclu icra sənədi üzrə tələbin təmin edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə çağırılsa da, o idarəyə gəlməkdən qəsdən yayınmış, icra sənədinin icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yaşayan xx.xx.1986-ci il təvəllüdlü Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyev izahat verərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu izahat verərək, borcu ödəməkdən boyun qaçırmadığını, lakin maddi sıxıntılar səbəbi ilə borcu ödəyə bilmədiyini və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə təqdimata tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 3161/2022 saylı icra sənədinə əsasən iddia tələbi təmin edilmiş, Tələbkar Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında bağlanılmış 30 noyabr 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Borclu 4698,6 manat əsas borc, 926,24 manat faiz borcu, cəmi 5624,84 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77 manatın Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3161/2022 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir, Borclu xx.xx.2023-cü il tarixində bildirişin surətini aldığını imza edərək təsdiqləmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru Anar Hacıyev tərəfindən xx.xx.2023cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Belə olan halda məhkəmə borclunun izahatını nəzərə alaraq hesab edir ki, tələbkara olan borcunu ödəməkdən yayınmadığına görə təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyevin Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3161/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyevin Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3161/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilərlər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar