Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-546/2023 19.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi Tələbkar iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-599/2021 saylı iş üzrə verilmiş 18 mart 2021-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Rüfət Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Adları sadalanan cehiz və qızıl-zinət əşyaları cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilməlidir: paltaryuyan-1000 manat, soba-277 manat, tozsoran-200 manat, ətçəkən maşın-311 manat, mikser, blender dəsti-77 manat, dəst pakrıval-2502 manat, pakrıval (zoğallı)-1 ədəd (hədiyyə), kvadrat ədyal (balaca)-10 manat, padnos (3 dənəli)-35 manat, qaşıq bıçaq naboru (çamadan), qazan dəsti (spriallı), bıçaq dəsti (çamadan), bıçaq dəsti (qutuda)-50 manat, qazan dəsti emalli 5 ədəd)-150 manat, keramika dəsti (2 ədəd)- 100 manat, tefal qazan (böyük 1 ədəd)-20 manat, billur stekan 24 ədəd, nəlbəki 24 ədəd, göy rəngli çay nəlbəkisi zərli-12 ədəd hədiyyə, şüşə çaşqa-6 ədəd-10 manat, qrafinka billur-2 ədəd, 12 bakal (billur)-40 manat, tort qabı 6 tarelka-20 manat, keks qabı-15 manat, gümüş qaşıq- 6 ədəd, bıçaq, çəngəl, çay qaşığı, desert qaşığı hər birindən 6 ədəd hədiyyə, dini suvinerlər-1 ədəd, aş qaşıqları-1 ədəd və kəfkir dəsti-12 manat, şəkilli çaşqa dəsti hədiyyə, tarelka (dərin sup qabı)-5 ədəd hədiyyə, tarelka (orta)-12 ədəd hədiyyə, tarelka (balaca) 12 ədəd hədiyyə, maskara qaşlı -6 ədəd hədiyyə, şüşə və duz qabı 6 ədəd hədiyyə, billur konfet qabı- 2 ədəd hədiyyə, göy qapaqlı şüşə qab-3 ədəd-10 manat, yumru şüşə qab-1 ədəd, şüşə razetka-6 ədəd, mürəbbə qabı ayaqlı-1 ədəd, emallı və aliminium mürəbbə bişirən qab -2 ədəd-50 manat, süfrə qutuda-1 ədəd-50 manat, pastel qutuda-1 ədəd-80 manat, pastel dəsti 2 ədəd təzə-100 manat, pastel dəsti 2 ədəd işlənmiş, dəsmal və qətfələr 25 ədəd (2 balaca dəsmal) hədiyyə, rəngli salfetka dəstləri hədiyyə, çay dəsmalı-14 ədəd hədiyyə, süzgəc-2 ədəd 9bir böyük bir balaca)-5 manat, plasmas qab-1 ədəd-2,50 manat, makkac 4 ədəd 2 böyük 2 balaca-10 manat, yumurta çalan, kartof soyan, butulka açan, şpilka qab və şpilkaları, dəmir veşilka-10 ədəd-30 manat, geyim əşyaları-(ayyaqabılar, pasanoşkalar, krasovkalar, ziyafət paltarı, köynəklər, cins pençək, çantalar, jaketlər), xalça (qonaq otağı)-400 manat, tül pərdə (yataq otağı), üst pərdə (yataq otağı)-2 ədəd, tül pərdə (qonaq otağı), üst pərdə (qonaq otağı)-2 ədəd, qızılzinət əşyaları komplekt-(boyunbağı, üzük, sırğa, qolbaq)- ümumi qramı 25 qram, əyarı-575 -1725 manat olan qızıl-zinət və cehiz əşyaları. Göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyəri cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Hazırda qalıq borcu 4902 manat təşkil edir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Rüfət Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-599/2021 saylı iş üzrə verilmiş 18 mart 2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar göstərdi ki, o, icra sənədində qeyd olunan cehiz əşyalarını götürəndə bir çoxları yox idi. Həmin əşyalarının dəyəri kimi qalıq borc olaraq 4902 manat borcu qalmışdır. Borcluya dəfələrlə borcunun ödənilməsi ilə bağlı icra məmuru tərəfindən müraciət olunsa da, borclu qərəzli olaraq borcunu ödəməkdən yayınmışdır. O, hesab edir ki, borclu tərəfindən hazırda borc ona ödənilmədiyi üçün təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə təqdimat verən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi və Borclu məhkəmə iclasının vaxtı yeri haqqında lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, Lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə tələbkarı dinləyib, təqdimatı və icra işini nəzərdən keçirib, hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 05 iyul 2021-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 599/2021 saylı iş üzrə verilmiş 18 mart 2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Lakin borclu tərəfindən borcun könüllü ödənilməsi təmin edilməmişdir. Könüllü icra üçün müəyyən olunmuş vaxt ərzindən borclu icra sənədini icra etməmiş və hazırkı vaxta kimi borcunu üzürsüz səbəbdən ödəməmişdir. Borclu icra sənədini icra etməkdən yayınır. İş materialları ilə müəyyən edilir ki, Borclu adına heç bir əmlak mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibatiiqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə qeyd edir ki, Borclu bu müddət ərzində borcunu ödəməkdən qəsdən boyun qaçırır, odur ki, təqdimatın təmin olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən, “İcra haqqında” Qanunun 3.1, 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-599/2021 saylı iş üzrə verilmiş 18 mart 2021-ci il tarixli iş üzrə verilmiş 18 mart 2021-ci il tarixli icra sənədi üzrə borclu –23 iyun 1971-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8, 29-da qeydiyyatda olan və Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 5/56, mənzil 22-də yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə yaranmış borcun ödənilməsinədək məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №8(060)-546/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-546/2023
19.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver