Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-550/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2597/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 2597/2022-014 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu S3K4577991 saylı müqavilə üzrə 458 (dörd yüz əlli səkkiz) manat əsas borc, 137 (bir yüz otuz yeddi) manat faiz borcu, S3K5669370 saylı müqavilə üzrə 138 (bir yüz otuz səkkiz) manat əsas borc, 41 (qırx bir) manat faiz borcu və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 804 (səkkiz yüz dörd) manat Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Könüllü icra müddətində tələb təmin olunmadığından tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlakların, banklarda hesabının və gəlirinin müəyyənləşdirilməsi məqsədi ilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilmiş,lakin tələbin yönəldilməsinə yol verilən əmlak və gəlir aşkar olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar Borclu dəfələrlə rəsmi xəbərdarlıq olunmuşdur, lakin o, icra məmurunun qanuni çağırışlarına gəlməmişdir.xx.xx.2023-cü il tarixində borclunun barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatı qəbul etməyərək bildirdi ki, icra məmurunun çağırışlarına getmişdir və təqdimatın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra məmuru və tələbkar məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2597/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri ləğv edilməli, cavabdeh Borclu S3K4577991 saylı müqavilə üzrə 458 (dörd yüz əlli səkkiz) manat əsas borc, 137 (bir yüz otuz yeddi) manat faiz borcu, S3K5669370 saylı müqavilə üzrə 138 (bir yüz otuz səkkiz) manat əsas borc, 41 (qırx bir) manat faiz borcu və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 804 (səkkiz yüz dörd) manat iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə, məhkəmədə müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına və barəsində icra məmurunun qərarı ilə icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar çıxarılmasına baxmayaraq, icra məmurunun çağırışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da, icra məmurunun çağırışlarından yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №8(060)-550/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-550/2023
22.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver