Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-552/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6855/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşayan, xx.xx.1982-ci il təvəllüdlü Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6855/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 1265 manat və 32.65 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2931/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 392.44 manat alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin 81-13138 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 1084.01 manat alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Borclu dəfələrlə idarəyə dəvət edilməsinə baxmayaraq, gəlməmiş və barəsində olan icra sənədi üzrə yaranmiş 1297.65 manat, 392.44 manat və 1084.01 manat ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq tərəfindən borcluya dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Borclu yaranmış borcunu tələbkarın xeyrinə ödəməyərək icra sənədinin icrasından yayınmışdır.İcra sənədinin icrası ilə əlaqədar olaraq tərəfindən Borclu icra sənədi üzrə tələbin təmin edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə çağırılsa da, o, idarəyə gəlməkdən qəsdən yayınmış, icra sənədinin icrasını təmin etməmişdir. Tələbkar "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra məmuru və borclu məhkəməyə gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6855/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh (borclu) Borclu xx.xx.2021-ci il tarixli, 22471762 saylı müqavilə üzrə 804 manat, xx.xx.2021-ci il tarixli, 22471759 saylı müqavilə üzrə 461 manat, cəmi 1265 (bir min iki yüz altmış beş) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,65 (otuz iki manat, altmış beş qəpik) manat iddiaçı (tələbkar) "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə, məhkəmədə müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına və barəsində icra məmurunun qərarı ilə icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar çıxarılmasına baxmayaraq, icra məmurunun çağırışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da, icra məmurunun çağırışlarından yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan, xx.xx.1982-ci il təvəllüdlü Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №8(060)-552/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-552/2023
22.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver