Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-558/2023 11.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, tələbkarın nümayəndəsi, atası X3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-3125/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Aqil Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Aqil Məmmədov zəruri icra hərəkətlərinin təmin edilməsi məqsədilə təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-3125/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3125 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X1 5700 manat borc və ödənilmiş 77 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək icra hərəkətlərinə başlanmış və borcluya bu haqda xəbər verilmişdir. Lakin Borclu icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən icra etməmiş və məcburi icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Borclu ölkədən getməsi ehtimal olunduğundan ölkədən getmə hüququ məhdudlaşdırılmalıdır. Təqdimata baxılması xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi, atası X4 izahat verərək bildirdi ki, borclu icra sənədi üzrə heç bir ödəniş etməyib. Qeyd edilənlərə əsasən tələbkarın nümayəndəsi təqdimatın təmin edilməsini xahiş etdi. İcra sənədi üzrə borcluya və təqdimatı vermiş icra məmuruna məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır (231.3.). Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra məmuru tərəfindən icra sənədində göstərilən borcun 10 gün müddətində könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilsə də, ötən müddət ərzində icra sənədi üzrə borclu tərəfindən icra sənədində göstərilən borcun ödənilməsi təmin olunmamışdır. Göründüyü kimi icra məmuru bütün zəruri icra hərəkətlərini həyata keçirsə də, borcun ödənilməsi ilə bağlı heç bir nəticə əldə olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-3125/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №8(060)-558/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-558/2023
11.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver