Məhkəmə qərarları › İş №8(060)-564/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-564/2023

12.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-564/2023 12.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6690/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev məhkəməyə təqdimatla müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6690/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6690/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 687,5 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olduqdan sonra qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvana göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişini qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmyaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, hazırki icraat materiallarına əsasən icra sənədi üzrə heç bir ödəniş olunmamışdır. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında yaşayan xx.xx.1990-cı il təvəllüdlü Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Tələbkar "xxxx" MMC tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması və təqdimatın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6690/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddia təmin edilərək, cavabdeh Borclu 657,5 (altı yüz əlli yeddi manat, əlli qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6690/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. xx.xx.2023-cü il tarixdə isə Borclu imzası ilə təsdiqləmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru Ramil Babayev tərəfindən xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən 84.3-cü həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclu xx.xx.1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6690/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu məcburi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə gətirilsin. Qərardadın icrası Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə və Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar