Məhkəmə qərarları › İş №8(060)-568/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-568/2023

13.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-568/2023 13.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə icra məmurunun təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin rəhbəri vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan xx.xx.1955-ci il təvəllüdlü Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 768/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçının sağlamlığına dəymiş zərərlə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş aylıq ödənişlər üzrə yaranmış 1338 manat məbləğində pulun, xx.xx.2023-cü ildən başlayaraq isə hər ay 207 manat məbləğində aylıq ödənişin iddiaçı Tələbkar ödənilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu hüquqi şəxs "xxxx" ASC-nin icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq (dəfələrlə “Elektron icra” informasiya sistemi vasitəsilə də borclu hüquqi şəxsin rəhbəri Borclu məxsus 050 ***-**-** mobil nömrəsinə sms-bildirişlər göndərilmişdir) icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, hazırki icraata materiallarına əsasən icra sənədi üzrə heç bir ödəniş olunmamışdır. Təqdimata baxılması xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. İcra sənədi üzrə tərəflərə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilmiş, lakin tərəflər və Sumqayıt şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur (84.2). Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur (84.3.). Müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Tələbkar cavabdeh "xxxx" ASC-yə qarşı sağlamlığa vurulmuş zərərə görə ödənclərin verilməsi barədə iddiası qismən təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Mülki iş həmin qərardaddan verilmiş şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və həmin qərardad hələ ki, ləğv edilməmişdir. Bu səbəbdən qeyd edilən qətnamə üzrə hər hansı məcburi icra hərəkətlərinin həyata keçirilməsi məqsədəuyğun deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə icra məmurunun təqdimatı təmin edilə bilməz. Yuxarıda göstərilənlərə və İcra haqqında Qanunun 84-cü maddəsinə əsaslanaraq, Məhkəmə, QƏRARA ALDİ : Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Ramil Babayevin təqdimatı təmin edilməsin . Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar