Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-572/2025 02.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi Tələbkar iştirakı ilə, Maraqlı şəxs icra məmuru Sənan Qasımlının hərəkətsizliyindən tələbkar (ərizəçi) Tələbkar tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar (ərizəçi) Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1038/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Maraqlı şəxs icra məmuru X1 hərəkətsizliyinə son qoyulması və “borcluya məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1370,4 kv/m olan əmlak kompleksi kimi müəssisədən ibarət olan daşınmaz əmlakın qiymətləndirilməsi, açıq hərracdan satılmaqla satış pulundan sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 35466 manat məbləğində ödənc və 287 manat məbləğində mediasiya xərcinin tutularaq ona ödənilməsi, yerdə qalan borc məbləğinin borcluya qaytarılması” üzrə məcburi icra hərəkətlərinin icra olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar (ərizəçi) Tələbkar məhkəmə ərizə ilə müraciət edərək, ərizənin baxılmamış saxlanılaraq, geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar (ərizəçi) Tələbkar izahatında ərizənin baxılmış saxlanılmasını xahiş etdi. İş üzrə borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilərək baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, icra icraatı qaydasında baxılan işlər üzrə ərizənin baxılmamış saxlanmılmasını tənzimləyən konkret norma olmadığına görə, hazırkı məsələ ilə bağlı analoji münasibətləri tənzimləyən prosessual hüquq normasına istinad edilməlidir. Bu baxımdan ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Maraqlı şəxs icra məmuru Sənan Qasımlının hərəkətsizliyindən tələbkar (ərizəçi) Tələbkar tərəfindən verilmiş ərizə baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər tələbkar (ərizəçi) Tələbkar geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №8(060)-572/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-572/2025
02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver