Məhkəmə qərarları › İş №8(060)-573/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-573/2023

12.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-573/2023 12.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6385/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Tural İsayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Tural İsayev məhkəməyə təqdimatla müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6385/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6385/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 4930,45 manat tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2022-ci il tarixdə idarənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Daha sonra müvafiq orqanlara sorğular verilmiş və Borclu adına avtomobil aşkar olunmuşdur. Belə olan halda öhdəlik yerinə yetirilmədiyi üçün və tərəflər arasında razılıq olmadığından tələbin təmin edilməsi məqsədilə borclunun xüsusi və ya ümumi mülkiyyətində olan əmlaklar üzərinə həbs qoyula bilər. Göstərilənlərə əsasən iş üzrə Borclu mülkiyyətində olan “VAZ 21063” minik markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6385/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 4861,85 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68,61 manat iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan elektron çıxarışa əsasən, Borclu adına “VAZ 21063” minik markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobil aşkar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 27.2-ci borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (İcra haqqında Qanunun 50.2. və 50.4.1. maddələri). Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan “VAZ 21063” minik markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 21063” minik markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar