Məhkəmə qərarları › İş №8(060)-582/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-582/2023

24.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-582/2023 24.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3161/2020 saylı qətnaməsi üzrə icraata xitam verilməsi barədə qərarından X1 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 alimentin tutulması barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3161/2020 saylı qətnaməsi üzrə icraata xitam verilməsi barədə qərardadı ləğv etməklə həmin qərardadın yenidən icraya yönəldilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.1.). MPM-ə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir (13.4.). Göründüyü kimi X1 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 alimentin tutulması barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3161/2020 saylı qətnaməsi üzrə icraata xitam verilməsi barədə qərardadı ləğv etməklə həmin qərardadın yenidən icraya yönəldilməsini xahiş etmişdir. Şikayətin məzmunu və xahiş hissəsi ilə Gülanə Qəhrəmanovanın icra məmurunun icra üzrə icraata xitam verilməsi barədə qərarını, yaxud məhkəmə qərarını mübahisələndirdiyi müəyyən edilmir. Şikayətin nəticə hissəsində mübahisələndirilən qərarın rekvizitləri (tarixi, nömrəsi, kim tərəfindən qəbul edildiyi) göstərilməmiş, şikayətə mübahisələndirilən qərarın surəti və şikayətin əsaslılığını təsdiq edən sənədlər əlavə edilməmişdir. Məhkəmə MPM-in 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 152.1.1-ci maddəsini tətbiq edərək hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3161/2020 saylı qətnaməsi üzrə icraata xitam verilməsi barədə qərardadından X1 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3161/2020 saylı qətnaməsi üzrə icraata xitam verilməsi barədə qərardadından X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar