Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-587/2023 24.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, X3 Əhədi qızının iştirakları ilə Ərizəçi (tələbkar) Zeynalova Mahiyyə Əhədi qızı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5326/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (tələbkar) M.Ə.Zeynalova Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvədə olan 29 iyul 2021-ci il tarixli iş № 2(060)-5326/2021 saylı qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin göstərilən müvafiq indeksasiyasının həyata keçirilməsi, nəticədə cavabdehdən 1660 manatın indeksasiyası (1328 manat olmaqla) olunaraq cəmi 2988 manatm tutulub ona ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, hal-hazırda qüvvədə olan Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli iş №2(060)-5326/2021 saylı qətnaməsinə əsasən, onun cavbadeh Borclu qarşı maddi ziyanın ödənilməsinə dair iddiası təmin edilmiş, cavabdehdən 1460 manat kirayə borcunun, 170 manat kommunal xərclərinin və 30 manat ödənilmiş dövlət rüsumunun 2020-ci ilin dekabr ayına kimi verilməyən cəmi 1660 manat pulun alınaraq ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş № 3(060)-1834/2022 saylı qərarı ilə Borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 500 manat yüngül inzibati cərimə tənbehi verilmişdir, onun barəsində 2 dəfə axtarış elan olunmuşdur. Hal-hazırda, məhkəmə özünün qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirilməsi zəruriyyəti yaranmışdır. Belə ki, 2020-ci ilin mart ayından cavabdehin 1660 manat məbləği tam ödəyəcəyi günə kimi həmin pul məbləği indeksasiya olunmalıdır. Məhkəmə özünün qanuni qüvvədə olan qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin yuxanda göstərilən müvafiq indeksasiyasımn həyata keçirilməsi nəticəsində cavabdehdən 1660 manatın indeksasiyası (1328 manat olmaqla) olunaraq 2988 manat tutulub ona ödənilməsi barədə məhkəmə qərardadının çıxarılması zəruridir. Ərizəçi M.Ə.Zeynalova məhkəmədə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə borcluya və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində müvafiq olaraq məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etmələrinin üzürlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 232.2-ci maddəsinə əsasən ərizəyə borclunun və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçi M.Ə.Zeynalovanı dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5326/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, cavabdeh Borclu 1460 (bir min dörd yüz altmış) manat kirayə borcunun, ümumilikdə 170 (bir yüz yetmiş) manat kommunal xərclərinin, məhkəməyə müraciət üçün ödənilmiş 30 manat dövlət rüsmunun tutularaq iddiaçı Zeynalova Mahiyyə Əhədi qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1834/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4676/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, X2 və Borclu müştərək qaydada 2022 (iki min iyirmi iki) manat məbləğində pul vəsaiti tutularaq X1 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10,24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizə üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı məbləğlərin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda ərizəçi borclunun qətnaməsinin icrasından qərəzli olaraq yayındığını qeyd etsə də, məhkəmədə ərizəçinin verdiyi izahatındanda görünür ki, borclu may ayında 300 manat məbləğində ərizəçiyə olan borcundan ödəniş etmişdir. Hazırda ərizəçi borclu şəxsin borcunu ödəməsindən yayınmasına dair hər hansı bir sübut təqdim etmədiyi üçün ərizə təmin edilməməlidir. Şərh əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 232; 263-264 və 266- 269cu maddələrini rəhbər tutaraq: Q Ə R A R A A L D İ: Ərizəçi (tələbkar) Zeynalova Mahiyyə Əhədi qızı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5326/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №8(060)-587/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-587/2023
24.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver