Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-588/2023 07.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh1 böyük icra məmuru Tural İsayevin xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması barədə qərarından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3872/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh2 24998 manat tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Cavabdeh1 böyük icra məmuru Tural İsayev tərəfindən qəbul edilmiş 18 may 2023cü il tarixli “icra sənədinin icra edilmədən geri qaytarılması” barədə qərar ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3872/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilmədən geri qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" MMC Cavabdeh1 xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra sənədinin geri qaytarılması barədə qərarından şikayət verərək, Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli e-2(060)-3872/2021 saylı qətnaməsi ilə Cavabdeh2 vurduğu zərərin miqdarı 24998 manatın tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə əsasında icra sənədi 2022-ci ilin yanvarında verilmiş və il yarım Cavabdeh1ndə olmuşdur. Cavabdeh1 böyük icra məmuru Tural İsayevin 15 may 2023-cü il tarixli qərarı ilə icra sənədinin geri qaytarılması qərara alınmışdır. İcra məmurunun qərarını 2023-cü il iyun ayının 22-də poçt vasitəsi ilə almışlar. Qərar qanunun tələblərinə zidd olduğuna görə ləğv edilməsini xahiş etmişdir. Belə ki, icra tədbiri olaraq borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimat verilsə də, təmin edilməmişdir. İcra məmuru bunun səbəblərini qərarında yazmamışdır. Təqdimatın təmin edilməməsi haqqında qərardad ilə müəyyən edilmişdir ki, icra məmuru Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2 saylı qərarının tələblərinə əməl etməmişdir. Təqdimatı qanunverciliyin tələblərinə uyğun hazırlamamışdır. Bu səbəbdən təqdimat təmin edilməmişdir. Həmçinin İcra məmuru İcra haqqında qanunun 23.1-ci maddəsinə istinad etsə də, həmin normanın tələblərinə əməl etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 böyük icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata Cavabdeh1 böyük icra məmurunun, borclunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan: - Cavabdeh1 böyük icra məmuru Tural İsayevin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3872/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra edilmədən geri qaytarılmışdır. - Həmin qərardan görünür ki, icra sənədinin icrası ilə əlaqədar Cavabdeh2 yaşayış yeri kimi göstərilən ünvan 1 ünvanına baxış keçirilən zaman tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar olunmamış və bu barədə müvafiq akt tərtib olunaraq icra materiallarına əlavə olunmuşdur. «İcra Haqqında» Azərbayçan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Bu Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Belə ki, şikayət, ona əlavə edilmiş sənədlər, borclunun aktı tərtibi üçün onun ünvanında heç kimin gəlməməsi, həmçinin mənzilin giriş qapısını açan olmadı qeydi ilə akt tərtib etməsi, icra sənədindən məlumatlı olmaması, tədqiq edilmiş icra işinin materiallarına əsasən müəyyən edilir ki, icra məmuru icra sənədinin icrasının mümkünsüzlüyü qənaətinə düzgün gəlməmiş, sözügedən qərarın icrası imkanlarını tam həyata keçirməmişdir. Çünki, borcluda tələbin yönəldilə biləcəyi əmlakın olmaması icra sənədinin icrasının mümkünsüzlüyünə dəlalət etmir və geri qaytarılması üçün əsas deyildir. Məhkəmənin qənaətinə görə qanunvericilik bu xüsusatı digər gəlirlər olmadıqda, habelə əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticə vermədikdə icra sənədinin geri qaytarılmasının əsası kimi müəyyən etmişdir. Bütün qeyd olunan xüsusatlar və mülki iş materiallarında olan sənədlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, icra sənədinin geri qaytarılması barədə Sumqayıt şəhəri üzrə icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3872/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin geri qaytarılması barədə Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3872/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №8(060)-588/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-588/2023
07.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver