Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-605/2023 26.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tağızadənin sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5219/2021 saylı iş üzrə verilmiş 25 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Pirəliyev Şirəli Pəhlivan oğlunun təqdimatına açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Borclu şəxs Borclu “Chevrolet Cruze” markalı, ** KF *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1644,31 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 1674,71 manat borclu şəxs Borclu Fəzal oğlundan tutularaq Tələbkar Sığorta Şirkətinə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Pirəliyev Şirəli Pəhlivan oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5219/2021 saylı iş üzrə verilmiş 25 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Borclu təqdimatı qəbul edərək bildirdi ki, hazırki maddi vəziyyəti ilə əlaqədar, yəni işsiz olduğu üçün icra sənədində qeyd olunan məbləği ödəyə bilmir. Lakin, o, məhkəmə qərarından boyun qaçırmır. Belə ki, borcu tam bağlaya bilmir. Hazırda təqdimatın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. İcra sənədi üzrə Tələbkar Sığorta Şirkəti və təqdimat verən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı yeri haqqında lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, Lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə borclunu dinləyib, təqdimatı nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, borcu Borclu adına heç bir əmlak mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibatiiqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə qeyd edir ki, Borclu bu müddət ərzində yəni 2021-ci ildən borcunu ödəməkdən qəsdən boyun qaçırır, odur ki, təqdimatın təmin olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən, “İcra haqqında” Qanunun 3.1, 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5219/2021 saylı iş üzrə verilmiş 25 oktyabr 2021-ci il tarixli iş üzrə verilmiş 25 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə borclu – xx xxxxxx 1983-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə yaranmış borcun ödənilməsinədək məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №8(060)-605/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-605/2023
26.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver