Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-61/2024 15.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5511/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu şəxslər Borclu2 və Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5511/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu şəxslər Borclu2 və Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5511/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu şəxslər Borclu2 və Borclu1 müştərək qaydada 20515,66 manat və 153,40 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-nə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və həmin tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək icra hərəkətlərinə başlanmış və borcluya bu haqqda xəbər verilmişdir. Lakin borclu şəxslər Borclu2 və Borclu1 icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən icra etməmiş və nəticədə hazırki dövrədək 20669,06 manat borcu olduğu üçün icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Hazırda qalıq borcu 20669,06 manat təşkil edir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün Ədliyyə Nazirliyinin Elektron İnformasiya Sistemində borcluya məxsus əmlak müəyyən edilməmişdir. Borclu şəxslər Borclu2 və Borclu1 ölkədən getməsi ehtimal olunduğundan ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Borclu2 15 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməsə də, ondan əvvəlki məhkəmə iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, vətən müharibəsi zamanı döyüşlərdə iştirak etdiyi üçün borcun tutulması ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməmişdir. 2 övladı vardır. 150-200 manat məbləğində ödəniş edə biləcəyini icra məmuruna bildirmişdir. İcra məmuru isə onun aylıq 400-500 manat məbləğində ödəniş etməli olduğunu qeyd etmişdir. İcra sənədi üzrə məbləğin hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin icra sənədi üzrə Borclu1 kredit müqaviləsi üzrə zamindir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Borclu2, Borclu1, tələbkar və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən icra işinin tələb olunmasına baxmayaraq, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən icra işi məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, təqdimatı nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. İş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5511/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada ödənilməmiş 19124,50 manat əsas borc, 1351,16 manat faiz borcu, 40 manat cərimə borcu, ümumilikdə 20515,66 manat məbləğində kredit borcu və iddia qaldırması üçün 153 manat dövlət rüsumu və 0,40 qəpik bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. - İcra sənədinin icrası ilə bağlı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədov tərəfindən 20 noyabr 2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, borcun könüllü icrası üçün bocrluya 10 (on) gün vaxt verilmişdir. Borclu 23 noyabr 2023-cü il tarixdə həmin qərarı və bildirişi almışdır. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, icra məmuru X3 və hal şahidi X1 tərəfindən 28 dekabr 2023-cü il tarixdə tərtib edilmiş aktda qeyd edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar müvafiq icra sənədində borclunun ünvanı kimi göstərilmiş ünvan 1nvanında olmuşlar, icra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixli akt tərtib olunaraq həmin ünvana baxış aparılmış, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak tərəflərindən müəyyən olunmamışdır. -Həmçinin Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru X2, icra məmuru X3 və hal şahidi X1 tərəfindən 28 dekabr 2023-cü il tarixdə tərtib edilmiş digər aktda qeyd edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar müvafiq icra sənədində borclunun ünvanı kimi göstərilmiş ünvan 2nvanında olmuşlar, icra sənədinin icrası ilə əlaqədar xx.xx.2023cü il tarixli akt tərtib olunaraq həmin ünvana baxış aparılmış, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak tərəflərindən müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri secə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu huquqların həyata kecirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azdlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İcra haqqında Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, yuxarıda qeyd edilən hüquq normalarının mənasından göründüyü kimi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, eyni zamanda borclunun əmlakının axtarılması istiqamətində bütün tədbirləri həyata keçirməlidir. İşə əlavə edilmiş sənədlərdən Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən bütün icra tədbirlərinin həyata keçirildiyi müəyyən olunmur. Məhkəmə tərəfindən 2(060)-5511/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli icra işinin materiallarının tələb olunmasına baxmayaraq icra işi məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda məhkəmə iclasında Borclu2 izahatında icra sənədi üzrə borcu ödəməkdən boyun qaçırmadığını, həmin borcu hissə-hissə ödəmək imkanının olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatının təmin edilməsi üçün kifayət qədər əsas olmadığından Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədov tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5511/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu şəxslər Borclu2 və Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədov tərəfindən verilmiş təqdimat rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №8(060)-61/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-61/2024
15.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver