Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-639/2025 25.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Maraqlı şəxs icra məmuru X1 xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : "xxxx" ASC şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Məhkəməsinin e- 2(060)-5881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icra edilmədən qaytarılmasına dair icra məmurunun xx.xx.2025-ci il tarixli qərarını ləğv edərək, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin e-2(060)- 5881/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ümumilikdə 3559,86 manat pul vəsait "xxxx" ASC-yə tutulmalıdır. İcra sənədi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. İdarənin icra məmuru Pərvanə Novruzova xx.xx.2025-ci il tarixində, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyini əsas gətirərək, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3cü maddəsini rəhbər tutaraq, icra edilməyən icra sənədinin qaytarılması haqqında müvafiq qərar qəbul etmişdir. Qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, şəxsin əmlakı olmasa belə, icra məmuru borcun ödənilməsi istiqamətində digər məcburi icra tədbirlərini görməli, borclunun nikahda olub - olmaması, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakının olub-olmaması barədə məlumatın əldə edilməsi üçün sorğular etməli, borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinin və digər əmlakının axtarılması üzrə tədbirlər görməli, bu barədə icra işinə möhtəbər sübutlar əlavə etməlidir. Həmçinin sözügedən qərarda borclunun mülkiyyətində hər hansı əmlakın olub-olmaması baradə aidiyyəti orqan və təşkilatlara sorğuların göndərilməsi, həmçinin yaşayış yerində tərtib olunan akt göstərilsə də, həmin sorğular və akt barədə sübut təqdim edilməmişdir. Göründüyü kimi icra məmuru icra sənədini geri qaytararkən iş üzrə tam araşdırma aparmadan, müvafiq sorğular vermədən icra sənədinin icra edilmədən geri qaytarılması barədə qərar qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəməyə gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “İcra sənədinin qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. “İcra haqqında” Qanunun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Həmin qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarından göründüyü kimi Maraqlı şəxs icra məmuru X1 icra hərəkətləri nəticəsində borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖENnin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyatı orqanlara və təşkilatlara sorğular edilmiş və borcluda tələbin yönəldilməsi üçün əmlak, gəlir aşkar edilməmiş, Borclu icra sənədində göstərilən ünvan 1 ünvanı polisin inzibati binası olduğu üçün borclunun həmin ünvanda yaşamadığı tərəflərindən müəyyən edilmiş, borcluya məxsus tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlaka baxış keçirtmək mümkün olmamışdır. Belə ki, şəxsin siyahıya alınacaq əmlakının olmaması, borclunun adına hər hansı bir daşınar və daşınmaz əmlakın və əmək haqqı, pensiya, qiymətli kağızın, əmanətin olub-olmamasının sorğular edilməsi tələbin təmin edilməsi üçün digər məcburi icra tədbirlərinin tətbiqini istisna etmir, icra məmurunun icra sənədinin geri qaytarılması qənaətinə gəlməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Maraqlı şəxs icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-5881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-5881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №8(060)-639/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-639/2025
25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver