Məhkəmə qərarları › İş №8(060)-646/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-646/2023

07.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-646/2023 07.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tagızadənin sədrliyi, Pəri Murtuza qızı Vəlixanovanın katibliyi ilə Borclu iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2022-ci il tarixli e-2(050)-2299 saylı icra vərəqəsinə əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2022-ci il tarixli e-2(050)-2299 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu cəmi 3929,89 manat və iş üzrə ödənilmiş 59,30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu adına mənzil aşkar olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-491/2023 saylı 20 iyun 2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan **********41-05323-093019 reyestr nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. Sözügedən icra sənədi üzrə tələbkar ləğv prosesində olan Tələbkar ASC məktubla icra idarəsinə müraciət edərək E.Borclu sözügedən icra sənədi üzrə borc öhdəliyi mövcud olmadığını bildirmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru T.Rüstəmov tərəfindən məhkəməyə təqdimat daxil olmuş və Borclu məxsus **********41-05323-093019 reyestr nömrəli mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Borclu təqdimatı əsaslı hesab edərək bildirdi ki, məhkəmə qətnaməsi əsasında tutulmalı olan məbləği tam şəkildə Tələbkar ASC-yə ödəmişdir. Hazırda həbs qoyulan mənzil onun yeganə yaşayış yeridir və üzərində həbs olduğu üçün mənzillə bağlı heç bir hərəkət edə bilmir. Borcu tam ödədiyi üçün mənzili üzərində olan həbsin götürülməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə təqdimat verən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasının vaxtı yeri haqqında lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, Lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə borclunu dinləyib, təqdimatı nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.8-ci maddəsinə əsasən,icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə icra sənədi üzrə icraata xitam verilməsi haqqında məsələlərə məhkəmə icraçısının təqdimatı əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya rədd edilməsi barədə qərardad çıxarır. Həmin Qanunun 45.7-ci maddəsinə tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və ya satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşə əlavə edilmiş 12 iyul 2023-cü il tarixli ləğv prosesində olab Tələbkar ASC tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-2299/2022 saylı icra sənədinə əsasən Borclu LPO Tələbkar ASC-nin qarşısında öhdəliyi tam olaraq yerinə yetirmiş və hazırda sözügedən icra sənədi üzrə borc öhdəliyi tam olaraq yerinə yetirmiş və hazırda sözügedən icra sənədi üzrə borc öhdəliyi mövcud deyildir. Məhkəmə, İcra məmurunun təqdimatını və icra işinin materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə Borclu əmlakına qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatı təmin edilsin. Borclu məxsus **********41-05323-093019 reyestr nömrəli mənzil üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə tapşırılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar