Məhkəmə qərarları › İş №8(060)-654/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-654/2023

25.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-654/2023 25.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi,Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7694 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Baxşəliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sumqayıt Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7694 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 268.6 manat və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC- nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək borcluya göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu dəfələrlə xəbərdarlıq olunmuşdur. Lakin o, dəfələrlə dəvət olunmasına baxmayaraq çağırışlara gəlməmişdir. xx.xx.2023-cü il tarixdə tələbkar "xxxx" MMC-nin nümayəndəsi Rauf Süleymanlı epoçt vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu və təqdimat vermiş şəxs xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, təqdimattəmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7694 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 268.6 manat və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC- nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cüil tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş Borclu rəsmi qaydada xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən məcburi gətirilmə barədə qərar qəbul edilməklə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına və barəsində icra məmurunun qərarı ilə icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar çıxarılmasına baxmayaraq, icra məmurunun çağrışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da icra məmurununçağrışlarından yayınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin: 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəziəfli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və İcra Haqqında Azərbaycan Respublikası Qanunun 84-cü maddəsinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar