Məhkəmə qərarları › İş №8(060)-667/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-667/2025

24.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-667/2025 24.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlak üzərindən həbsin götürülməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu müllkiyyətində olan “OPEL ASTRA” minik markalı **-SF-*** dövlət nömrə nişanlı avtomobil üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu "xxxx" KB ASC-nin xeyrinə cəmi 3719,19 manat borc və 57,60 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış və qərarın surəti tələbin könüllü icrası haqqında bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Lakin tələb təmin olunmadığı üçün icra məmurunun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-472/2024 nömrəli, 08.07,2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “OPEL ASTRA” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və qərardad Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi tərəfindən icra edilərək sözügedən avtomobil BDYP-nin Siqnal İdarəsinin Sumqayıt şəhərində yerləşən 2 saylı cərimə meydançasına yerləşdirilmişdir. Tələbkar "xxxx" KB ASC xx.xx.2025-ci il tarixli ərizə ilə İcra idarəsinə müraciət edərək, icra sənədi üzrə tələb olunan borc məbləğinin tam ödənildiyini bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-472/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7364/2023-004 saylı iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus “Opel Astra” minik markalı **-SF-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - "xxxx" KB ASC-nin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7364/2023 saylı iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borcludan tələb olunan borc məbləği Banka tam ödənilmişdir. Odur ki, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Bundan əlavə məhkəmə qeyd edir ki, borcluya məxsus “Opel Astra” minik markalı, **-SF-*** dövlət nömrə nişanlı avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Belə ki, tələbkar "xxxx" KB ASC ərizə ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7364/2023 saylı iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borcludan tələb olunan borc məbləği Banka ödənilmişdir. Odur ki, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Buna görə də Borclu məxsus “Opel Astra” minik markalı **-SF-*** dövlət nömrə nişanlı avtomobil üzərindəki həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “Opel Astra” minik markalı **-SF-*** dövlət nömrə nişanlı avtomobil üzərindən həbs götürülsün. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar