Məhkəmə qərarları › İş №8(060)-676/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-676/2023

20.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-676/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-959/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-959/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 2776.76 manat məbləğində borc pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə verilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Günel Yusifova təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-959/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 2776.76 manat məbləğində borc pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və onlar tərəfindən icra icraatına başlanılmasına dair qərarın və icra sənədinin surəti borcluya təqdim olunmuşdur. Borclunun əmlak və gəlirlərinin müəyyən olunması məqsədi ilə müvafiq orqanlara sorğu ilə müraciət olunmuş, lakin tələbin yönəldilə biləcəyi hər hansı gəlir və əmlak aşkar olunmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o, borcu ödəmək üçün imkanının olmadığını bildirmişdir. Borclu barəsində icra sənədinin icrasını təmin etmək və onun qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmasının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti yaranmışdır. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsini rəhbər tutaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-959/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu şəxs Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər Məhkəmə tərəfindən icra işi tələb olunmuş, lakin icra məmuru icra işini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, borclunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-959/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədi üzrə icraaa başlamaq haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Günel Yusifova tərəfindən qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 66028/2022-39 nömrəli bildirişdən görünür ki, Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-959/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi icra etmək üçün 10 gün müddət müəyyən edilmiş, həmin müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi və müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 03 aprel 2022-ci il tarixli Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Günel Yusifova tərəfindən qəbul edilmiş borclunun və ya onun əmlakının axtarılması haqqında qərardan görünür ki, Borclu Orurc oğluna məxsus “Mercedes Benz VİTO110 CDİ” minik markalı, **-FM-*** qeydiyyat nişanlı və “Mercedes Benz VİTO110 CDİ” yük markalı, **-XG-*** qeydiyyat nişanlı avtomobillərin axtarışının elan edilməsi qərara alınmışdır. İş materiallarında olan 10 aprel 2022-ci il tarixli, 5824/39 nömrəli Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə ünvanlanmış məlumatdan görünür ki, Borclu Orurc oğluna məxsus “Mercedes Benz VİTO110 CDİ” minik markalı, **-FM-*** qeydiyyat nişanlı və “Mercedes Benz VİTO110 CDİ” yük markalı, **-XG-*** qeydiyyat nişanlı avtomobillərin axtarılması barədə qərar icra edilməsi üçün göndərilmişdir. Məhkəmə təqdimatın iş materiallarına əlavə edilmiş sənədlər əsasında tədqiq edərək bu qənaətinə gəlir ki, təqdimat, ona əlavə edilmiş sənədlər əsasında təsdiq olunmadığı üçün təmin edilməməlidir. Belə ki, təqdimata icra tədbirlərinin həyata keçirilməsi barədə SMS məlumatlandırma olmasına baxmayaraq onun çatdırılması təsdiq olunmamış, borclunun əmlaka baxış keçirilməsi və digər həyata keçirilən icra tədbirləri barədə məlumat əlavə edilməyərək, tələb olunan icra işi məhkəməyə təqdim olunmamış, icra tədbirlərinin ardıcılığı müəyyən edilməmişdir.Bu səbəbdən icra sənədi üzrə tələb olunan məbləğlə təqdimatla ölkədən getmək hüququnun məhdudlaşdırılması mütənasib deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub olmamasını yoxlayır. Həmçinin, həmin Təlimatın 2.4 bəndinə görə, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. X1 şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında qeyd olunur ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbirin qanunvericilik qaydasında nizamlanması hüquqi müəyyənlik, habelə mütənasiblik konstitusiya prinsiplərinə uyğun olmalıdır. Konstitusiya Məhkəməsi Plenumu bir daha qeyd etmişdir ki, qanunverici tərəfindən Konstitusiyada təsbit olunmuş hər hansı hüququn həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. Bu baxımdan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qaydaların qeyri müəyyənliyi hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək konstitusiya hüququnu poza bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Məhkəmə zamanı müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borclu barəsində məcburi icra tədbirləri tam həyata keçirilməmişdir. Bundan başqa, X2 Məhkəməsi «Xyustov Rusiyaya qarşı» işi üzrə 11 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, ərizəçinin ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı icra məmurlarının tələblərində və göstərişlərində borclunun borcu ödəməməsindən başqa, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına haqq qazandıracaq hər-hansı bir əsas göstərilməmişdir. İcra məmurları tərəfindən həmçinin məhdudiyyətin qoyulmasının borcun ödənilməsinə nə dərəcədə təsir göstərəcəyi əsaslandırılmamışdır. X2 Məhkəməsinin fikrincə icra məmurunun tələblərdə və göstərişlərində eyni mətnlərin təkrarlanması onu təsdiq edir ki, icra məmurunun borclunun ölkədən getmək hüququnun məhdudlaşıdırılması ilə bağlı tələb hüququnun yaranmasının əsası kimi yalnız borclunun borcu ödəməməsi olmuşdur. Avropa Məhkəməsinin mövqeyinə görə konkret halda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə Avropa Konvensiyası 4 saylı Protokolun 2-ci maddəsinin (Hərəkət etmək azadlığı) tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur. Məhkəmənin qənaətinə görə yuxarıda sadalanan maddi hüquq normalarından da məlum olur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması sonuncu və mühüm icra tədbirlərindən biri kimi qiymətləndirilir. İcra məmuru tərəfindən yuxarıda adı çəkilən ardıcıllıqda icra tədbirlərinin həyata keçirilməməsi,borclu tərəfindən tələbin könüllü icrası, icraata başlamaq haqqında qərardan məlumatlı olması təsdiq olunmadığını nəzərə alaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Günel Yusifovanın Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-959/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu şəxs Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar