Məhkəmə qərarları › İş №8(060)-684/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-684/2023

19.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-684/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Tələbkar İddiaçı iştirakı ilə, X1 Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1985/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1985/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)- 7920/2021 saylı mülki iş üzrə 13 dekabr 2021-ci il tarixində Qətnamə qəbul edilmişdir. Həmin Qətnamə ilə İddiaçı cavabdeh X6 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair iddiası rədd edilmişdir. Lakin iddiaçı Sumqayıt Apellyasiya məhkəməsinə müraciət etmiş və orada onun iddiası qismən təmin edilərək, 22 noyabr 2022-ci il tarixində 2(105)-1985/2022 saylı mülki iş üzrə X7 tərəfindən 18850 (on səkkiz min səkkiz yüz əlli) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda verilmiş “İcra sənədi” əsasında Səbail Rayon İcra Şöbəsində 07 iyun 2023-cü il tarixində X7 barəsində 133682/2023-16-21-003 saylı icra işinə başlanılmışdır. Etiraf edir ki, məhkəmə Qətnaməsinin icra edilməsinin mütləq olduğunu dərk edir. Yalnız hazırkı durumda ailə vəziyyətinin ağır olduğu, himayəsində iki az yaşlı uşağı olduğunu və heç bir gəlir mənbəyi olmadığı üçün həmin Qətnamənin tərəfindən dərhal və tam həcmdə icra edilməsi mümkün deyildir. Həmin Qətnamənin tərəfindən hissə-hissə (ayda 1000 (bir min) AZN) icra edilməsinə dair qərardad qəbul edilsə, bütün imkanlarından istifadə edərək 2(105)-1985/2022 saylı Qətnamənin icrasını təmin edə bilər. Bu günə gədər Qətnamə üzrə 1000 AZN ödənişi İddiaçı bank hesabına keçirtmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar İddiaçı X9 Ağarza tərəfindən verilmiş ərizənin rədd edilməsini xahiş etdi. Bildirdi ki, icra sənədi üzrə borcundan borclu 2000 manat ödəniş etmiş, qalan 16850 manatı isə ödəməmişdir. Borc məbləğinin bütöv şəkildə ödənməsini tələb edir. X2 ərizə ilə məhkəməyə müraciət edərək icra sənədi üzrə borcundan ümumilikdə 2000 manat ödəniş etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasının iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmaraq məhkəmə iclasına gəlməmişlər. Onun gəlməməsi qətnamənin hissə-hissə icra edilməsi məsələsinə baxmağa mane olmadığı üçün məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı X5 ərizəsi ilə əlaqədar aşağıda göstərilənləri bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. - iş materaillarında olan ödəniş qəbzlərindən görünür ki, borclu tərəfindən 2 dəfə 500 manat, 1 dəfə isə 1000 manat ödəniş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh X6 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair iddiası rədd edilmişdir. Lakin iddiaçı Sumqayıt Apellyasiya məhkəməsinə müraciət etmiş və orada onun apellyasiya şikayəti qismən təmin edilərək, 22 noyabr 2022-ci il tarixində 2(105)-1985/2022 saylı mülki iş üzrə X7 tərəfindən 18850 (on səkkiz min səkkiz yüz əlli) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda verilmiş “İcra sənədi” əsasında Səbail Rayon İcra Şöbəsində 07 iyun 2023-cü il tarixində X7 barəsində 133682/2023-16-21-003 saylı icra işinə başlanılmışdır. Tələbkar özü də etiraf edir ki, icra sənədi üzrə X3 tərəfindən ümumi borcdan 2000 manat ödəniş edilmişdir. Göründüyü kimi borclu icra sənədi üzrə borcunun icrasından yayınmamışdır. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, ərizə təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1985/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi hissə-hissə icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264-cü və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R V E R D İ: Ərizə təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1985/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi hər ay 1000 manat olmaqla hissə-hissə icra edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar