Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-695/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüsey qızının katibliyi, Tələbkar, Borclu iştirakları ilə, Maraqlı şəxs icra məmuru Qönçə Süleymanlının “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə NE T D İ : Tələbkar məhkəməyə şikayət verərək, iş üzrə icraata xitam verilməsi barədə qərardadı ləğv etməklə qeyd olunan mülki iş üzrə yenidən icra vərəqəsi verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-480/2023 saylı qətnaməsi ilə onun Borclu qarşı nikahın pozulması və sabit pul məbləğində alimentin ödənilməsi tələbinə dair iddia təmin edilməklə ondan hər ay hər uşağa 100 manat olmaqla, 2 uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Borclu alimenti könüllü ödəyəcəyinə söz verdiyi üçün o, ərizə ilə Sumqayıt Şəhər İcra şöbəsinə müraciət etmiş və icra şöbəsi həmin qətnamənin icrası ilə bağlı icra vərəqəsini geri qaytarmışdır. Lakin borclu alimenti ödəmir. Halbuki qətnamə tam icra olunmamış və o, bu gün də alimenti almır. Baxmayaraq ki, 2025-ci ilin mart ayından həmin alimentin indeksasiyası barədə qərardad qəbul edilmişdir. İcra məmuru Qönçə xanım qərardadı icra etmir. Məhkəmə iclasında iştirak edən Tələbkar şikayət ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və şikayət ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu şikayət ərizəsinə etiraz edərək, onun təmin olunmamasını məhkəmədən xahiş etdi. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İcra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsi və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməli, Maraqlı şəxs icra məmuru Qönçə Süleymanlının “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2011-ci il tarixdə, Sumqayıt Şəhər Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 iddiaçı Tələbkar yanında saxlanılmaları, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu iddiaçı Tələbkar ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixindən hesablanması qət edilmişdir. İcra işinin materiallarında olan: - Maraqlı şəxs icra məmuru Qönçə Süleymanlının xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-480/2023 saylı, 16 may 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Maraqlı şəxs icra məmuru Qönçə Süleymanlının xx.xx.2023-cü il tarixli tələbin dərhal icrası haqqında bildirişinə əsasən Borclu tələbin dərhal icra edilməsi tələb olunmuşdur. - Tələbkar Maraqlı şəxsnə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-480/2023 saylı, 16 may 2023-cü il tarixli icra sənədinin qaytarılmasıni xahiş etmişdir. - Maraqlı şəxs icra məmuru Qönçə Süleymanlının “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-480/2023 saylı, 16 may 2023-cü il tarixli icra sənədinin Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri də tələbkarın ərizəsi əsasında olan haldır. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədinin tələbkara qaytarılması yalnız icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi halda mümkündür. Nəzərə almaq lazımdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, icra sənədinin icrasına qanuna uyğun şəkildə nail olmalıdır. İcra işindən göründüyü kimi tələbkar ərizə ilə müraciət edərək, icra sənədinin qaytarılmasını xahiş etsə də, hazırda həmin ərizə əsasında qəbul edilmiş icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin icra sənədinin qaytarılması barədə qərardan görünür ki, icra sənədi üzrə Tələbkar xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etdiyindən icra sənədi Sumqayıt Şəhər Məhkəməsinə geri qaytarılmışdır. Lakin icra sənədi əsasında dayanan tələb aliment tələbidir və aliment tələbi birdəfəlik deyil, vaxtaşırı icra edilməli olan öhdəliklər sırasındadır. Odur ki, həmin əsasla icra sənədinin geri qaytarılması düzgün olmamışdır. Hazırda icra sənədinin qaytarılmasına əsas olan hal aradan qalxmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 480/2023 saylı, 16 may 2023-cü il tarixli icra sənədi üzrə Maraqlı şəxs icra məmuru Qönçə Süleymanlının xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R AA L D İ : Tələbkar şikayət ərizəsi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-480/2023 saylı, 16 may 2023-cü il tarixli icra sənədi üzrə Maraqlı şəxs icra məmuru Qönçə Süleymanlının xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilsin və müvafiq icra hərəkətlərinin davam etdirilməsi Maraqlı şəxsnə tapşırılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №8(060)-695/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-695/2025
08.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver