Məhkəmə qərarları › İş №8(060)-700/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-700/2023

27.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-700/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1089/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sumqayıt Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1089/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 13290.43 manat məbləğində pul və 133.7 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq (dəfələrlə “Elektron icra” informasiya sistemi vasitəsilə də sms-bildirişlər göndərilmişdir) icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, hazırki icraat materiallarına əsasən icra sənədi üzrə heç bir ödəniş olunmamışdır. Tələbkar ASC-nin nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məhkəmə ərizə ilə müraciət edərək, məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilmədiklərini, bu səbəbdən də məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi təqdimatda qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə təqdimata işdə iştirak edən şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1089/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 13290.43 manat məbləğində pul və 133.7 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. İcra məmurunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, borclu barəsində məcburi gətirilmə qərarı tətbiq edmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almış, ona bunun üçün 10 gün vaxt verildiyi izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmişdir. Beləliklə, müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə icra məmuru tərəfindən dəvət olunmasına və barəsində icra məmurunun qərarı ilə icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar çıxarılmasına baxmayaraq, icra məmurunun çağrışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da icra məmurunun çağrışlarından yayınmışdır. Məhkəmə tərəfindən icra işi tələb olunmuş, lakin bu barədə bildiriş qəbul edilməsinə baxmayaraq, icra işi məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəziəfli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra sənədinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə əsasən əşyaların tələbkara verilməsi icra sənədində birbaşa göstərilmişdirsə, icra məmuru həmin əşyaları borcludan götürüb tələbkara verir və bu barədə akt tərtib edir. Tələbkar göstərilən əşyalardan imtina etdikdə, həmin əşyalar borcluya, icra sənədi isə müvafiq məhkəməyə və ya digər orqana (notariusun icra sənədi isə tələbkara) qaytarılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar