Məhkəmə qərarları › İş №8(060)-711/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-711/2023

27.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-711/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4655/2019 saylı, xx.xx.2019-cu il, Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinin 8İ-12493 saylı, xx.xx.2022-ci il, Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinin 8İ-4623 saylı, xx.xx.2022-ci il, Sumqayıt Şəhər 4 saylı Notariat Ofisinin 8İ- 15908 saylı, xx.xx.2022ci il və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3393/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı Borclu məxsus Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Polad” B/Y 71 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4655/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 625.41 manat "xxxx" MMC-nə ödənilməlidir. Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinin 8İ-12493 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 310.25 manat və 25 manat dövlət rüsumu alınaraq Tələbkar2 ASC-nə ödənilməlidir. Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinin 8İ-4623 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1107.42 manat və 25 manat dövlət rüsumu Tələbkar2 ASC-nə ödənilməlidir. Sumqayıt Şəhər 4 saylı Notariat Ofisinin 8İ- 15908 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 866.78 manat və 25 manat dövlət rüsumu Tələbkar2 ASC-nə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3393/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 353 manat "xxxx" MMC-nə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4655/2019 saylı, xx.xx.2019-cu il, Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinin 8İ-12493 saylı, xx.xx.2022-ci il, Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinin 8İ-4623 saylı, xx.xx.2022-ci il, Sumqayıt Şəhər 4 saylı Notariat Ofisinin 8İ- 15908 saylı, xx.xx.2022ci il və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3393/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimat verərək təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədləri xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar, bildiriş qəbul olunaraq tərəflərə göndərilərək qanunamüvafiq qaydada icraya yönəlmişdir. İcra sənədində olan tələbin təmin edilməsi məqsədi ilə onlar tərəfindən icra tədbirləri həyata keçirilmiş Borclu adına Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Polad” B/Y 71 ünvanında 0.06 ha torpaq sahəsi aşkar olunmuşdur. Belə ki, tələbin əmlaka yönəldilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının üçüncü bəndinin (məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz) təsiri altına düşmədiyindən, Borclu adına Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Polad” B/Y 71 ünvanında torpaq sahəsinin üzərinə həbs qoyulması məqsədə-müvafiqdir. "xxxx" MMC-nin nümayəndəsi Rauf Süleymanlı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirakın mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov, tələbkarlar və Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəfindən icra işinin tələb olunmasına baxmayaraq, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən icra işi məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi təqdimatda qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə təqdimata icra məmurunun, tələbkarların və borclunun iştirakları olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4655/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 110661/4 nömrəli bildirişdən görünür ki, Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4655/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmək təklif olunmuş, əks halda onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati protokol (500 manatdan 1000 manatadək cərimə və ya 30 sutqayadək həbs) tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə, daha sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinin 8İ-12493 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 251900/4 nömrəli bildirişdən görünür ki, Borclu Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinin 8İ-12493 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmək təklif olunmuş, əks halda onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati protokol (500 manatdan 1000 manatadək cərimə və ya 30 sutqayadək həbs) tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə, daha sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinin 8İ-4623 saylı, xx.xx.2022ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 251926/4 nömrəli bildirişdən görünür ki, Borclu Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinin 8İ-4623 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmək təklif olunmuş, əks halda onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati protokol (500 manatdan 1000 manatadək cərimə və ya 30 sutqayadək həbs) tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə, daha sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Sumqayıt Şəhər 4 saylı Notariat Ofisinin 8İ- 15908 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu Sumqayıt Şəhər 4 saylı Notariat Ofisinin 8İ- 15908 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmək təklif olunmuş, əks halda onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati protokol (500 manatdan 1000 manatadək cərimə və ya 30 sutqayadək həbs) tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə, daha sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra idarəsinə ünvanlanmış 29 dekabr 2022-ci il tarixli daşınmaz əmlaka dair məlumatın verilməsi barədə məktuba cavabdan görünür ki, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Polad” B/Y ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair Borclu adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsi üzərində hər-hansı tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3393/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3393/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmək təklif olunmuş, əks halda onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati protokol (500 manatdan 1000 manatadək cərimə və ya 30 sutqayadək həbs) tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə, daha sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsində göstərilir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarında olan Elektron portaldan əldə edilən məlumatdan görünür ki, Borclu məxsus Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Polad” B/Y 71 0.06 ha torpaq sahəsi aşkar olunmuşdur. Qeyd olunan hallara istinad edən məhkəmə təqdimatın təmin edilməsi qənaətinə gələrək hesab edir ki, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə verilmiş təqdimat qanunvericiliyin tələbinə uyğun olmaqla, təqdimata əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığı üçün Borclu məxsus Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Polad” B/Y 71 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə verilmiş təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənləri, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43- 45, 50-ci maddələrini və Azərbaycan Respublikası MPM-in 263-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4655/2019 saylı, xx.xx.2019-cu il, Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinin 8İ-12493 saylı, xx.xx.2022-ci il, Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinin 8İ-4623 saylı, xx.xx.2022-ci il, Sumqayıt Şəhər 4 saylı Notariat Ofisinin 8İ- 15908 saylı, xx.xx.2022ci il və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3393/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı Borclu məxsus Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Polad” B/Y 71 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar