Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-712/2023 31.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2741/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X2 tərəfindən verilmiş ərizəni məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2741/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 33250 manat məbləğində pul və ödənilmiş 195 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2741/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sözügedən icra sənədi icra məmuru Kənan Məhərrəmovun icraatındadır. Maddi vəziyyətinin qeyri-qənaətbəxs olması səbəbindən məhkəmə qətnaməsini və onunla bağlı çıxarılmış icra sənədini hazırki vaxta birdəfəlik həllində çətinlik çəkir. Belə ki, öhdəliyində 2 azyaşlı uşağı var. Onların hər ikisinin sağlamlıq durumu qeyri-qənaətbəxşdir. Uşaqların müalicə və saxlanması yükü bütünlüklə onun üzərindədir. Hazırda bu günə aliment işi üzrə İddiaçı ona 2539 manat məbləğində aliment üzrə borc məbləği qalmaqdadır. İddiaçı paylı mülkiyyətdə olan mənzilə onu və uşaqları buraxmır. Bu səbəbdən də hazırda kirayədə yaşamaq məcburiyyətindədir. Özü AR Silahlı Qüvvələrində kontrakt üzrə xidmət edir. Tərəflər arasında daşınmaz əmlak mübahisəsi olmuş və məhkəmə mübahisəsinin yekunu olaraq tərəflər arasında hər iki mənzil üzərində ½ pay hüququ üzrə mülkiyyət hüququnun tanınması qət edilmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədə tələb aydın göstərilməmiş, onun əsaslandırıldığı hallar qeyd olunmamış, qeyri-müəyyənliyə yol verilmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, məhkəmə AR MPM-nın 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 152.1.1-ci maddəsini tətbiq edərək hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2741/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X2 tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2741/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X2 tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №8(060)-712/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-712/2023
31.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver