Məhkəmə qərarları › İş №8(060)-713/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-713/2023

05.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-713/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, X1 icra məmurunun qərarının ləğv edilməsi barədə ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, MÜƏYYƏNETDİ: X2 icra məmurunun qərarının ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Vəlizadə Nicat tərəfindən verilmiş 18/48252/20-19 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və itirilmiş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, icra məmurunun qərarının ləğv edilməsi barədə ərizəçi-X2 tərəfindən verilmiş ərizə baxılmadan geri qaytarılmalıdır. Belə ki, ərizəçi-X2 tərəfindən verilmiş vəsatət formasında verilmiş ərizə onun tərəfindən imzalanmadan Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 149.2.2, 149.2.3 və 149.4-cü maddələrinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları və iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə görə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda geri qaytarır. Ərizəçi tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri pozularaq, ərizədə icra sənədi üzrə tərəflər (icra məmuru və tələbkarın adı, ünvanı, həmçinin poçt ünvanı) göstərilməmiş,narazı qaldığı qərarı mübahisələndirməsinə baxmayaraq, icra məmurunun qərarını hansı vaxta əldə edilməsini təsdiq edən sənədləri ərizəsinə əlavə etməmişdir.Bundan əlavə icra məmurunun qərarını vəsatət formasında deyil, şikayət formasında müraciət etməklə, yuxarıda qeyd olunan tələblərə cavab verən şikayət verməklə müraciət etmək hüququnun olması izah edilərək diqqətinə çatdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 231-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: X1 icra məmurunun qərarının ləğv edilməsi barədə ərizəsi (vəsatəti) baxılmadan geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə (elektron qaydada tərtib olunmaqla) şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar