Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-722/2023 13.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə icra məmurunun təqdimatına və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Günel Yusifova təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6863/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 1272,60 manat məbləğində borc pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə verilməlidir. Bundan sonra borcluya dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq o, məhkəmə qərarının icrası ilə bağlı verilmiş çağırışlara gəlməmiş, borcunu ödəməkdən üzürsüz səbəbdən yayınmış və səbəbi barədə məlumat verməmişdir. Ona görə də borclunun qərəzli hərəkəti nəticəsində icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Təqdimata Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Günel Yusifovanın xx.xx.2023-cü il tarixli borclunun məcburi gətirilmə tədbirinin tətbiq edilməsi haqqında qərarı və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6863/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin surəti əlavə edilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur (84.2). Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur (84.3.). Məhkəmə hesab edir ki, Borclu icra məmurlarının çağırışlarına gəlmədiyi və məhkəmə qərarının icrasından yayındığı üçün barəsində məcburi gətirilmə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İcra haqqında Qanunun 84-cü maddəsinə əsaslanaraq, Məhkəmə, QƏRARA ALDİ : Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Günel Yusifovanın təqdimatı təmin edilsin. ünvan 1 ünvanında yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilsin. Qərardadın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №8(060)-722/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-722/2023
13.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver