Məhkəmə qərarları › İş №8(060)-723/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-723/2023

06.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-723/2023 06.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şirəli Pirəliyevin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-137/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şirəli Pirəliyev borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimat ilə məhkəməyə müraciət edərək, Borclu məxsus 3-cü mkr, ev 21/31, mənzil 8 üzərinə həbs qoyulması, açıq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin rəisi, ədliyyə müşaviri Fuad Nəbiyev xx.xx.2023-cü il tarixli, 16005/37 saylı ərizə ilə məhkəməyə müraciət edərək, təqdimatın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, borclu, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şirəli Pirəliyev və tələbkar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi təqdimatda qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə təqdimata icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, təqdimat baxılmamış saxlanmalı, təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsində göstərilir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şirəli Pirəliyev tərəfindən verilmiş borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimat baxılmamış saxlansın. Təqdimat və ona əlavə edilmiş sənədlər Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şirəli Pirəliyevə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar