Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-731/2023 28.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, borclu X2, tələbkarın nümayəndəsi X3 iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3421/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədi üzrə əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Sənan Qasımlının təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Sənan Qasımlı təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Borclunın adına “Ford Transit” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması, açıq hərracda satılması və tələbin satışdan əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-3421/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular X1, Borclu və X4 müştərək qaydada 12069,25 manat əsas borc və 126,21 ödənilmiş dövlət rüsumunun tutulub Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Borclu iş üzrə tələbi təmin etmədiyindən əmlak və gəlirlərinin müəyyən olunması məqsədilə elektron icra informasiya sistemindən istifadə edilərkən, Borclu adına “Ford Transit” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. İcra sənədi üzrə tələbkar, borclular və təqdimatı vermiş icra məmuruna məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilmiş, lakin təqdimatı vermiş icra məmuru, borclular Borclu və X7 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu X5 məhkəmə iclasında bildirdi ki, ödənişlər edilir, hazırda 9200 manat məbləğində borc qalıb. Qeyd edilənlərə əsasən borclu təqdimatın təmin edilməməsini xahiş etdi. Tələbkarın nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, borc öhdəliyi 10 000 manat civarında qalır. Kifayət qədər ödəniş edilməyib. Qeyd edilənlərə əsasən nümayəndə təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə borclu X2 və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, təqdimatın dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir (45.1.). İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur (50.1.). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir (50.2.). Təqdimata əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3421/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədi ilə müəyyən edilmişdir ki, iddiaçı Tələbkar ASC ilə cavabdeh X5 arasında xx.xx.2019-cu il tarixli, 016CASA193250018 saylı kredit müqaviləsi ləğv edilməli, X1, Borclu və X4 müştərək qaydada 12069,25 manat əsas və 126,21 ödənilmiş dövlət rüsumu tutulub Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İşdə olan fiziki şəxs haqqında məlumatdan görünür ki, Borclu mülkiyyətində “Ford Transit” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Məhkəmə hesab edir ki, tələb borcluya məxsus olan əmlaka yönəldilərkən yalnız həmin əmlakın üzərinə həbs qoyulması məhkəmə qərardadına əsasən həyata keçirilir. Həmin əmlakın açıq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi isə icra orqanının səlahiyyətlərinə aid olan məsələdir. Bu səbəbdən təqdimat qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3421/2022 saylı iş üzrə verilmiş xx.xx.2022ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Ford Transit” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №8(060)-731/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-731/2023
28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver