Məhkəmə qərarları › İş №8(060)-733/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-733/2025

15.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-733/2025 15.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi (tələbkar) Tələbkar məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1876/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu azyaşlı övladları olan 29 yanvar 2022-ci il təvəllüdlü X1 və 08 iyun 2023cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa tutulacaq alimentin minimum yaşayış məbləğinin müvafiq faizinə nisbətdə indeksasiya olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və borclu işə baxılmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki ərizəçi (tələbkar) Tələbkar məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (tələbkar) Tələbkar məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar