Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-734/2023 06.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Borclu iştirakı ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-231 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-231 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2022-ci il tarixdən xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulub Tələbkar ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov əmlak üzərinə həbs qoyulması barədə təqdimat verərək, təqdimatı onunla əsaslandırmışdır ki, icra zamanı tələbin təmin edilməsi üçün Borclu məxsus pul vəsaitləri və hər hansı qiymətli əşya onlar tərəfindən aşkar olunmamışdır. Elektron portaldan əldə etdikləri məlumata əsasən Borclu məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 21 saylı evin 42 və 3 saylı məzillərinin olduğu məlum olunmuşdur. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq Borclu məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 21 saylı evin 42 və 3 saylı mənzillər üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, o icra məmuru Toğrul Rüstəmova yaxınlaşmış və bildirmişdir ki, 193 manat aliment ödəməlidir. Toğrul Rüstəmov ona bildirmişdir ki, qarşı tərəf ərizə yazmalıdır. Ondan sonra borclu ilə əlaqə saxlanılacaqdır.193 manat ilə 3 aylıq cəmi 581 manat məbləğ yazılmışdır. Çünki uşağın yetkinlik yaşına çatmasına 3 ay qaldığı üçün məbləğ hesablanmış, onun xəbəri olmamışdır. Daha sonra yenidən müraciət etmiş və eyni zamanda ödəniş də etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov və tələbkar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi təqdimatda qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə təqdimata icra məmurunun və tələbkarın iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsində göstərilir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-231 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov tərəfindən qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-231 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmək üçün 10 gün müddət müəyyən edilmiş, həmin müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi və müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs Borclu mənzil növündə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs Borclu mənzil növündə ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə rəsmiləşdirmişdir. Borclu tərəfindən təqdim edilmiş ödəniş qəbzindən görünür ki, Borclu xx.xx.2023-cü il tarixdə X1 vasitəsi ilə aliment ödənişi olaraq 581 manat məbləğində vəsait ödənişi etmişdir. Məhkəmə hesab edir ki, təqdimata əsasən müəyyən edilir ki, icra sənədi üzrə tələb olunan borc məbləğinin Borclu tərəfindən aliment borcu 19.09.23-cü il tarixdə 581 manat aliment ödənişi olmuşdur. Təqdimata əlavə olunmuş materiallardan digər icra tədbirlərinin seçilib-seçilməməsi, barəsində olan icra tədbirindən məlumatlı olması müəyyən edilmir. Həmçinin Borclu olduğu məbləğlə üzərinə həbs qoyulması əmlaka münasibətdə mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından mütənasiblik təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. X4 şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu bir daha qeyd etmişdir ki, qanunverici tərəfindən Konstitusiyada təsbit olunmuş hər hansı hüququn həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. İcra məmuru tərəfindən həmçinin əmlak üzərinə həbs qoyulmasının borcun ödənilməsinə nə dərəcədə təsir göstərəcəyi əsaslandırılmamışdır. X5 Məhkəməsinin fikrincə icra məmurunun tələblərdə və göstərişlərində eyni mətnlərin təkrarlanması onu təsdiq edir ki, tələb hüququnun yaranmasının əsası kimi yalnız borclunun borcu ödəməməsi olmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatından imtina edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur. Məhkəmənin qənaətinə görə yuxarıda sadalanan maddi hüquq normalarından da məlum olur ki, borclunun əmlakı üzərinə həbs qoyulması barədə sonuncu və mühüm icra tədbirlərindən biri olub, mülkiyyətə hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilir. İcra məmuru tərəfindən yuxarıda adı çəkilən ardıcıllıqda icra tədbirlərinin həyata keçirilməməsi,borclu tərəfindən tələbin könüllü icrası, icraata başlamaq haqqında qərarlardan məlumatlı olması, aliment borcunun olmaması təsdiq olunduğunu nəzərə alaraq təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunan hallara istinad edən məhkəmə təqdimatın təmin edilməməsi qənaətinə gəlir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Yuxarıda göstərilənləri, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43-45, 50-ci maddələrini və Azərbaycan Respublikası MPM-in 263-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-231 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakların üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №8(060)-734/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-734/2023
06.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver