Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-738/2023 12.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tələbkar X1, Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6816/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6816/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Moskviç 2141” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyularaq, açıq hərracda satılması və tələbin satışdan əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6816/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X3 vəxx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 165 manat olmaqla, cəmi 330 manat miqdarında aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya göndərilmişdir. Borclu icra sənədi üzrə heç bir ödəniş etməmiş, onun hal-hazırda icra sənədi üzrə 2640 manat məbləğində aliment borcu yaranmışdır. Müvafiq orqanlara sorğular verilmiş borclunun adına avtomobil aşkar olunmuşdur. Məhkəmə iclasında tələbkar izahatında göstərdi ki, təqdimat əsaslıdır. Borclu icra sənədinin icrasından yayınmış və icra məmurunun çağırışlarına gəlməmişdir. Bu səbəbdən təqdimatın təmin edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, borclunun 3525 manat aliment borcu vardır. Məhkəmə iclasında borclu izahatında göstərdi ki, barəsində məhkəmə qərarları çıxdığına görə heç bir yerdə işə düzələ bilmir. Ödənişləri etməyə imkanı yoxdur. Qeyd olunanların nəzərə alınaraq təqdimatın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında təqdimat vermiş şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, tələbkarın və borclunun izahatını dinləyib, təqdimatı nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6816/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Elektron məlumatdan görünür ki, Borclu adına “Moskviç 2141” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakına üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri sırasına daxildir. Bu Qanunun 45.1-ci maddəsin əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür.Qeyd edilən Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə işin hallarını obyektiv, hərtərəfli, tam və qərəzsiz araşdırıb tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verərək bu nəticəyə gəlir ki, təqdimat qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6816/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun mülkiyyətində olan “Moskviç 2141” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Təqdimat qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, tələbin əmlaka yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi «İcra haqqında» və «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanunları ilə tənzimləndiyindən və həmin məsələnin həlli icra məmurunun səlahiyyətinə aid olduğundan təqdimat həmin hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6816/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Moskviç 2141” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №8(060)-738/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-738/2023
12.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver