Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-743/2023 04.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyevin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2227/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyev Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2227/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 4480,57 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq, qərarın surəti könüllü icra haqqında bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Tələb təmin olunmadığı üçün borclunun əmlak və gəlirləri barədə “Elektron icra” informasiya sistemindən çıxarış edilmiş, lakin onda tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirlər aşkar edilməmişdir. Hazırki icraat materiallarına əsasən icra sənədi üzrə heç bir ödəniş olunmamışdır. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu (xx.xx.1990, Sumqayıt şəhəri) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə baxılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, borclu icra sənədi üzrə hazırki vaxtadək heç bir ödəniş etməmişdir. Onun barəsində məcburi icra tədbirlərinin təmin olunması üçün dəfələrlə müraciət etsələr də, heç bir müsbət nəticə əldə etməmişlər. Qeyd olunanlara əsasən təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırkı halda məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iddia tələbi təmin edilmiş, cavabdeh Borclu xx.xx.2020-ci il tarixli, 20051553 saylı müqavilə üzrə 2300 manat ödənilməmiş borc, xx.xx.2020-ci il tarixli, 20061145 saylı müqavilə üzrə 2116,4 manat ödənilməmiş borc, ümumilikdə 4416,4 manat məbləğində pul və 64,17 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu tələbi könüllü icra etmək üçün vaxt verilmişdir, borclu xx.xx.2023-cü il tarixdə bildirişi aldığını imza edərək təsdiqləmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” sistemindən əldə edilmiş məlumata əsasən Borclu mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyevin təqdimatı təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.1990-cı il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №8(060)-743/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-743/2023
04.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver