Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-745/2023 18.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, X1 icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilərək aylıq əmək haqqının 20 %-i məbləğində tutularaq tələbkar İddiaçı ödənilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-890/2022 saylı, 13 may 2022-ci il tarixli icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilərək X3 aylıq əmək haqqının 20%-i məbləğində tutularaq tələbkar İddiaçı ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, X3 ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. Göründüyü kimi tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiri icra məmuru tərəfindən həyata keçirilməlidir. Ona görə də hazırki ərizəyə məhkəmədə baxılmalı deyil. Beləliklə, məhkəmə MPM-nin 13.4-cü maddəsinə əsasən analogiya ilə 153.2.1-ci maddəsini tətbiq edərək hesab edir ki, X1 icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilərək aylıq əmək haqqının 20 %-i məbləğində tutularaq tələbkar İddiaçı ödənilməsi barədə ərizəsi ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilərək aylıq əmək haqqının 20 %-i məbləğində tutularaq tələbkar İddiaçı ödənilməsi barədə ərizəsi ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №8(060)-745/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-745/2023
18.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver