Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-776/2023 12.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14920/2016 saylı, xx.xx.2016-cı il tarixli, 2(060)-11078/2018 saylı, xx.xx.2018-ci il tarixli, 2(060)-5164/2020 saylı, xx.xx.2020-ci il tarixli, 2(060)-4205/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(060)-5418/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14920/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borcludan 2457.83 ABŞ dolları tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11078/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borcludan 1557.83 ABŞ dolları tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5164/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borcludan 3700 manat tutularaq Tələbkar2 verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4205/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borcludan 2089 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 14920/2016 saylı, xx.xx.2016-cı il tarixli 2(060)-5418/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borcludan 949 manat tutularaq Tələbkar4 ödənilməlidir. İcra sənədləri xx.xx.2016-cı il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə icraata daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq, qərarın surəti könüllü icra haqqında bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Bundan başqa tələbkar "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə AR MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədlərinin könüllü icrası ilə bağlı bildirişi almış, ona icra sənədini dərhal icra etməsi izah olunmuş, öhdəliyini yerinə yetirməsi üçün xəbərdarlıq edilmiş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmişdir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən müvafiq olaraq xx.xx.2016-cı il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 263-268-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4978/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(060)- 2009/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(060)-3681/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №8(060)-776/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-776/2023
12.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver