Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-791/2023 28.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə icra məmurunun təqdimatına və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizov təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 2114/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 204 manat əsas borc, 30,6 manat cərimə olmaqla, ümumilikdə 234 manat 60 qəpik borc və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu Borclu tutularaq Tələbkar QSC-nə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək borcluya göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu dəfələrlə rəsmi xəbərdarlıq olunmuşdur, lakin o, icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. xx.xx.2023-cü il tarixində borclunun barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Təqdimata Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizovun xx.xx.2023-cü il tarixli borclunun məcburi gətirilmə tədbirinin tətbiq edilməsi haqqında qərarı və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2114/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin surəti əlavə edilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur (84.2). Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur (84.3.). Məhkəmə hesab edir ki, Borclu icra məmurlarının çağırışlarına gəlmədiyi və məhkəmə qərarının icrasından yayındığı üçün barəsində məcburi gətirilmə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İcra haqqında Qanunun 84-cü maddəsinə əsaslanaraq, Məhkəmə, QƏRARA ALDİ : Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizovun təqdimatı təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilsin. Qərardadın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №8(060)-791/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-791/2023
28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver