Məhkəmə qərarları › İş №8(060)-794/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-794/2025

09.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-794/2025 09.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1885/2024-023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə üzrə borclunun əmlakının üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Şəhər Məhkəməsinin e-2(060)-1885/2024-023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə üzrə Borclu məxsus "xxxx" MMC-dən aldığı və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktında qeyd olunmuş ünvan 1 pr, 21-ci məhəllə, 85-ci bina ünvanında “RN Beauty Studio” gözəllik salonunda yerləşən 01 ədəd “FQ GUATRO BLACK” avandanlığının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 1885/2024-023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 5477.34 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Bildirilir ki, müvəqqəti təminat tədbiri olaraq Sumqayıt Şəhər Məhkəməsinin 13(060)-49/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu tələbkar "xxxx" MMC-dən aldığı və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktında qeyd olunmuş ünvan 1 pr, 21-ci məhəllə, 85-ci bina ünvanında “RN Beauty Studio” gözəllik salonunda yerləşən 01 ədəd “FQ GUATRO BLACK” avandanlığının üzərinə həbs qoyulmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədibləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. 14 iyun 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, ünvan 1 pr, 21-ci məhəllə, 85-ci bina ünvanında “RN Beauty Studio” gözəllik salonunda yerləşən 01 ədəd “FQ GUATRO BLACK” avandanlığı 14 iyun 2021-ci il tarixində Borclu təhvil verilmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 təqdimatın əsaslı olduğunu qeyd edərək izahatında bildirmişdir .Ona görə də təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş Borclu və icra məmuru X1 məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəməyə icra işi təqdim olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakına üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri sırasına daxildir. Bu Qanunun 45.1-ci maddəsin əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Qeyd edilən Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə təqdimatı ona əlavə edilmiş sənədlər əsasında və məhkəmə iclasında tələbkarın nümayəndəsinin verdiyi izahata əsasən qiymətləndirərək bu qənaətə gəlir ki, tələbkar borclunun barəsində daha sərt icra tədbirlərinin görülməsini, borclu açıq şəkildə məhkəmə qanuni qüvvəsini almış icra sənədinin icrasından qərəzli surətdə boyun qaçırdığı müəyyən edilmişdir. İcra məmuru zəruri icra tədbirlərinin görülməsinin davam etdirildiyini bildirmişdir. Qanuni qüvvəsini almış icra sənədinin icrası təmin edilməlidir. Məhkəmə işin hallarını obyektiv, hərtərəfli, tam və qərəzsiz araşdırıb tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verərək bu nəticəyə gəlir ki, təqdimat təmin edilməli, Sumqayıt Şəhər Şəhər Məhkəməsinin e-2(060)-1885/2024-023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə üzrə borclunun mülkiyyətində olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktında qeyd olunmuş ünvan 1 pr, 21-ci məhəllə, 85-ci bina ünvanında “RN Beauty Studio” gözəllik salonunda yerləşən 01 ədəd “FQ GUATRO BLACK” avandanlığının üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1885/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus "xxxx" MMC-dən aldığı və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktında qeyd olunmuş ünvan 1 pr, 21-ci məhəllə, 85-ci bina ünvanında “RN Beauty Studio” gözəllik salonunda yerləşən 01 ədəd “FQ GUATRO BLACK” avandanlığının üzərinə həbs qoyulsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar