Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-796/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə icra məmurunun təqdimatına və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Kənan Məhərrəmov təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1412/2023-001 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 912,32 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "X1" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra məmurunun icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 2 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş və borclunun ödənilməmiş 912 manat borcu təşkil edir. Təqdimata Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Kənan Məhərrəmovun xx.xx.2023-cü il tarixli borclunun məcburi gətirilmə tədbirinin tətbiq edilməsi haqqında qərarı və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1412/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin surəti əlavə edilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur (84.2). Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur (84.3.). Məhkəmə hesab edir ki, Borclu icra məmurlarının çağırışlarına gəlmədiyi və məhkəmə qərarının icrasından yayındığı üçün barəsində məcburi gətirilmə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İcra haqqında Qanunun 84-cü maddəsinə əsaslanaraq, Məhkəmə, QƏRARA ALDİ : Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Kənan Məhərrəmovun təqdimatı təmin edilsin. ünvan 1 ünvanında yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilsin. Qərardadın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №8(060)-796/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-796/2023
02.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver