Məhkəmə qərarları › İş №8(060)-800/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-800/2023

24.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-800/2023 24.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, X1, Tələbkar Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin etibarnamə üzrə nümayəndəsi X6 iştiraları ilə, Cavabdeh icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1732/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X4 ona məxsus olan əşyaları Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 saylı yataqxananın 6 saylı otağından çıxarılmaqla həmin otaq boşaldılsın qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İcra sənədi üzrə X2 şikayətlə məhkəməyə müraciət edərək Cavabdeh icra məmuru Sənan Qasımlının borclu X5 ona məxsus olan əşyaları Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 saylı yataqxana 6 saylı otağından çıxarılması həmin otağın boşaldılmasın dair xx.xx.2023cü il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayit Şəhər Məhkəməsinin 10 may 2022ci il, 2(060)-1732/2022 saylı icra sənədinə əsasən, o Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 saylı yataqxananın 6 saylı otağından onun çıxarılmağı və boşaldılması müəyyən edilmişdir. Lakin 07 aprel 2023-cü il tarixli qərarla Sumqayıt şəhəri İcra İdarəsinin icra məmuru Sənan Qasımlı tərəfindən icraata başlamaq haqqında qərar verilmişdir. Həmin qərarda əsas kimi icra məmuru guya icra sənədində göstərilən tələbi təmin etməkdən yayınması barədə qeyd olunsa da bunu təsdiq edən heç bir dəlil sübut göstərilməmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməlidir. Belə ki, qeyd olunan otağın iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, həmin otaq əlavə olaraq tərəflərindən bir növ yataqxana dəhlizindən ayrılmaqla sonradan öz hesablarına inşa olunmuş və heç bir sənədi yoxdur. Beləliklə də, iddiaçının həmin əmlaka subyektiv hüququ belə yoxdur. Bundan başqa, ona qarşı həmin iddia tələbləri ilə məhkəməyə müraciət edən iddiaçı tələblərində onun bir sıra qanun normalarını pozduğunu, guya həmin mübahisəli otağın qıfılını sındırmağını və sairə bildirsə də bunları təsdiq edən heç bir tutarlı əsas və sübut göstərməmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin etibarnamə üzrə nümayəndəsi X8 şikayəti əsassız hesab edərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etd. Məhkəmə, şikayətçinin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1732/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması qərara alınmışdır. Qərarın surəti 1 gün müddətində məhkəməyə və tərəflərə göndərilərək, qərardan 10 gün müddətinə şikayət vermək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu: 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1732/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarının qanunsuz hesab edilməsinə dair hallar müəyyən olunmur. Buna görə də X2 tərəfindən verilmiş Cavabdeh icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ: X2 tərəfindən verilmiş Cavabdeh icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə şikayət rədd edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar